Elman Rüstəmovdan banklara şad xəbər - VİDEO
Yalnız müəyyən şərtlər əsasında
Bu gün ölkədə iki bank bağlandı. Əslində “EvroBank” və “Azərbaycan Kredit Bankı”n fəaliyyətini dayandırması heç də sürpriz olmadı. İndi əsas məsələ, bu bankların müştərilərinin aqibətidir. Bununla bağlı sualları elə Mərkəzi Bankın sədrinə ünvanlamışıq. Elman Rüstəmovdan digər banklara isə şad xəbər var. Onlara ucuz pul veriləcək.
Azerinfo.az-ın ANS TV-yə istinadən məlumatına görə, Mərkəzi Bankın qərarı ilə “EvroBank”ın lisenziyası alınıb. “Azərbaycan Kredit Bankı”na isə müvəqqəti inzibatçı təyin edilib. Bir sözlə hər iki bank maliyyə sistemini tərk edib. Hər iki qurum nizamnamə kapitalını 50 milyon manata çatdıra bilməyib.
“EvroBank“da əhalinin əmanəti yoxdur, digər maliyyə təşkilatında isə insanların depoziti olsa da, Mərkəzi Bank sədri Elman Rüstəmov onların narahatlığına əsas görmür:
“İlkin analiz göstərir ki, bankda əmanətləri qaytarmaq üçün kifayət qədər vəsait var. Digər bir tərəfdən vəsaitin bir hissəsi də sığorta fondu tərəfindən kompensasiya olunub. Eyni zamanda artıq bizim müvəqqəti inzibatçı “Azərbaycan Kredit Bankı” da çalışır. Sadəcə olaraq bütün bu proseslər bir az vaxt alacaq. Belə ki, bu əmanətlərin məbləği, onların əsl sahibləri, eləcə də ünvanları dəqiqləşdirilir. Biz çalışacağıq ki, çox qısa bir müddət ərzində əmanətçilərin qanuni tələbləri ödənilsin”.
Mərkəzi Bankdan banklar üçün daha bir tələb, eyni zamanda şans var. Tənzimləyici orqan onlara ucuz vəsait verəcək. Amma heç də hamısına yox. Bunun üçün tələblərə cavab vermək lazımdır.
“Hesab edirik ki, bank sektorunda vəziyyət sabitdir. Məhz onların buna qoşulmaq imkanları var. Biz bunu mərhələli bir şəkildə həyata keçirəcəyik. Banklar yalnız müəyyən şərtlər əsasında resurslara qoşula bilər. Bunun üçün Mərkəzi Bank tələblərinə cavab vermək lazımdır” – deyə Elman Rüstəmov bildirib.
Bununla Mərkəzi Bank bankların “cəlb olunan vəsaitlər baha olduğuna görə kreditlər bahadır” bəhanəsi aradan qaldırmış olacaq.
Eyni zamanda ucuz vəsaitdən istifadə edib kredit faizlərini aşağı salan banklar bazarda rəqabəti yüksəldəcək. Bu isə digər maliyyə təşkilatlarının da tələblərə uyğunlaşmasına stimul yaradacaq.
Dünən, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Dünən, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Dünən, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Dünən, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Dünən, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Dünən, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Dünən, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Dünən, 12:45
Sabah 21 dərəcə isti olacaq
Dünən, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Dünən, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Dünən, 11:52
Bu şəxslər peyvənd olunacaq
Dünən, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Dünən, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Dünən, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Dünən, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Dünən, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Dünən, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Dünən, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Dünən, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Dünən, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Dünən, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
15-04-2026, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
15-04-2026, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
15-04-2026, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
15-04-2026, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
15-04-2026, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
15-04-2026, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ