Beynəlxalq Bankda saxta brilyant... - Bir neçə nəfər vəzifəsini, hətta azadlığını itirəcək
Iqtisadiyyat / Hadise
Oxunub: 1 864
2 iy 2015 | 09:45
Beynəlxalq Bankda saxta brilyant... - Bir neçə nəfər vəzifəsini, hətta azadlığını itirəcək


















Avropa Oyunlarından sonra Beynəlxalq Bank işi ilə bağlı iqtidarın yeni qərarlar verəcəyi xəbərləri təsdiqlənir. Məlumatlara görə, iqtidar Beynəlxalq Banka rəhbərliklə bağlı bütün namizədləri nəzərdən keçirir və bugünlərdə son qərarı verəcək. Məlum olub ki, İdarə Heyətinə rəhbərliyin “PAŞA Bank”ın sabiq rəhbəri Fərid Axundova həvalə edilməsi baş tutmayıb

“Yeni Müsavat” xəbər verir ki, bankın rəhbərliyinin F.Axundova həvalə edildiyi Cahangir Hacıyevin istefasından bir neçə gün sonra-aprel ayının 2-dən yayılmışdı. F.Axundovun Beynəlxalq Banka sədr təyin edilməsi barədə xəbəri hətta “PASHA Bank”dan da təsdiqləmişdilər. Bu həftə isə “PASHA Bank”da Müşahidə Şurasının qərarı ilə bankın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsi öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımova həvalə edilib. Maraqlıdır ki, F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam edəcək. Bu isə o deməkdir ki, F.Axundovun Beynəlxalq Banka rəhbərlik edə biləcəyi iddiası nöqtələnib. Beynəlxalq Bankın səhmdarlarının toplantısının keçirilməsi artıq 4 aya yaxındır ki, yubanır.

Qeyd edək ki, “Banklar haqqında” Qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aiddir. İdarə Heyətinin sədri vəzifəsini isə hələ də müvəqqəti olaraq Emil Mustafayev icra edir. O isə Beynəlxalq Bankda kredit qalmaqalı ilə bağlı başlanmış istintaqda əsas rol oynayır və borclu oliqarxlarla bağlı bank sənədlərinə məsuldur.

***

Beynəlxalq Bank işi ilə bağlı daha bir sensasion məlumat banka rəhbərlik uğrunda mübarizə aparanlardan birinin xanımının məlum millətdən olması ilə bağlıdır. Qəzetin redaksiyasına verilən xəbərə görə, araşdırma zamanı bankın rəhbərliyində çalışanlardan birinin elə bankda işləyən xanımının anasının məlum millətindən olduğu üzə çıxıb. O da məlum olub ki, həmin rəhbər şəxsin Moskvada yaşayan və bank sistemində çalışan ermənilərlə sıx əlaqələri varmış. Maraqlıdır ki, məhz banka rəhbərlik uğrunda mübarizə aparanlar sırasında həmin adamın da adı çəkilirdi.

Xəbərə görə, bankın filiallarında da bir müddətdir ki, ciddi araşdırma gedir. Məlumdur ki, əvvəllər Beynəlxalq Bankın baş direktoru olan, daha sonra bankın Dubay şöbəsinə rəhbərlik edən Adil Hüseynov (“Qara polkovnik” Fətullah Hüseynovun oğlu) ötən ay Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs edilib. A.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. A.Hüseynov Beynəlxalq Bankın Dubay şöbəsi üzərindən yüz milyonlarla dolların müxtəlif şirkətlərə kredit kimi verilməsini təşkil etməkdə ittiham olunur. Həmin kreditlər isə geri qaytarılmayıb. Bu məbləğ 318 milyon dollardır...

Bankın Gəncə filialında da araşdırma başlanması barədə xəbərlər yayılıb. Gəncə filialının müdiri Sabit Fətizadə maliyyə nazirinin birinci müavini İlqar Fətizadənin qardaşı oğludur. Xəbərlərdə deyilir ki, bank rəhbəri brilyanta oxşar daşları brilyant adı ilə rəsmiləşdirib, Beynəlxalq Banka girov qoyaraq qohumlarının adına külli miqdarda kredit götürüb (qafqaznews.az). Bu yolla əlində milyonlarla pul cəmləşdirən Sabit Fətizadə Gəncə və Bakı şəhərlərində xeyli sayda mülk sahibi olub. Onun bu posta təyinatında əmisinin böyük rolu olduğu iddia edilir. Gəncə filialında yoxlama başladığı və yoxlamaya gələnlərin S. Fətizadəni yaxına buraxmadıqları da iddia olunur.

İddialara görə, S.Fətizadənin Çexiyada hoteli belə var. Çexiyadakı hoteli ilə maraqlanmaq üçün filial müdiri hər üç aydan bir Avropaya gedirmiş. Bu iddialarla bağlı bankın Gəncə filialına zəng etsək də, heç kimlə əlaqə yarada bilmədik.

Qeyd edək ki, İlqar Fətizadənin kürəkəni Elmir Həbibullayev də Beynəlxalq Bankda fiziki şəxslərlə iş üzrə məsul baş direktordur. Eyni zamanda, fiziki şəxslərə kreditlərin verilməsi onun nəzarəti altında həyata keçirilir. Elmir Həbibullayev Cahangir Hacıyevin ən yaxın adamlarından biri olub. Uzun müddət kredit komitəsinin sədri vəzifəsində çalışıb. İri kreditlərin rəsmiləşdirilməsi onun nəzarəti altında aparılıb. Cahangir Hacıyevin biznesinin kreditləşməsinin icrasına da birbaşa o nəzarət edib.

Nazir müavini İ.Fətizadənin adı son vaxtlar medianın gündəmə tez-tez gəlir. Hələ AXC iqtidarı dövründə - 1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini işləmiş İ.Fətizadə həmin ilin dekabr ayında Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən isə maliyyə nazirinin birinci müavinidir.

Heydər Əsədovun kənd təsərrüfatı naziri təyinatından sonra İ.Fətizadə Hesablama Palatasının sədri olmaq istəyirmiş. Amma maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınan nazir müavininin namizədliyinə yuxarıdan “yox” deyildi. Və bu vəzifəyə Vüqar Gülməmmədov təsdiqləndi. İ.Fətizadənin baş nazir Artur Rəsizadənin yaxın qohumu olduğu barədə də xəbərlər var. Onun məhz A.Rəsizadənin dəstəyi sayəsində yüksək vəzifə tutduğu deyilir.

Belə görünür ki, Beynəlxalq Bank işi artıq iri fiqurlara çatıb və araşdırmaların sonunda bir neçə nəfər vəzifəsini, hətta azadlığını belə itirəcək...
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil