Daşkəsən Filizsaflaşdırma Kombinatı bir neçə istiqamətdə işlərə başlayıb
Iqtisadiyyat
Oxunub: 1 473
10 in 2015 | 13:57
Ölkə başçısı İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Daşkəsən Filizsaflaşdırma Kombinatının bərpasını təmin edərək istehsal olunan dəmir filizinin keyfiyyətinin və həcminin artırılması da bu sərəncamdan irəli gələn əsas məsələlərdir.

Daşkəsən Filizsaflaşdırma Kombinatı 1954-cü ildən fəaliyyət göstərsə də, 2014-cü ilin iyun ayından müəssisə Açıq Səhmdar Cəmiyyəti olub və bir neçə istiqamətdə işlərə start verilib. Görülən tədbirlər nəticəsində burada fasiləsiz istehsal təmin edilib.

Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyətin Cənub Daşkəsən yatağının şərq sahəsindən dəmir filizi çıxarılır. Çıxarılan dəmir filizləri isə yük avtomobilləri ilə saflaşıdırma fabrikinə daşınır.

Gün ərzində buradan 4-5 min ton dəmir filizi çıxarılır. Burada gün ərzində 26 ədəd ağırtonnajlı texnika çalışır. Çıxarılan filizin tərkibinin orta hesabla 40 faizi dəmirdir.

Rasim Süleymanlı- baş geoloq: "1 milyon kub üstüaçma işləri nəzərdə tutulub ki, onun artıq 500 min kub üstüaçma işləri görülüb. Bizim ümumi mədənlərdə dövlət tərəfindən təsdiq olunan 270 milyon ton dəmir filizi ehtiyatımız var".

Dəmir Filizsaflaşdırma Fabrikinə gətirildikdən sonra burada xammal bunkerlərə tökülür. Fabrikdə 1 ton filizdən 500 kq-a yaxın hazır məhsul alınır. Hazırda kombinatın illik istehsal gücü 350 min tondur. İstehsal həcminin mərhələli şəkildə ilin sonuna qədər 750 min tona çatdırılması planlaşdırılır. 2018-ci ildə isə "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti 1,7 milyon ton dəmir filizi istehsal etməyi hədəfləyib.

Əli Səfərov- baş texnoloq: "Burada üç mərhələ xırdalanmadan və iki pillə üyümədən sonra separatsiya olunaraq içindəki boş süxurlar atılır və tərkibində 65 faizdən yuxarı dəmir olan dəmir filizi konsentratı istehsal olunur".
"Daşkəsən Filizsaflaşdırma Açıq Səhmdar Cəmiyyətində hazır məhsullar kimyəvi laboratoriyada yoxlanıldıqdan sonra 3 kanat vasitəsilə Quşçu dəmiryol stansiyasına, oradan isə alıcılara göndərilir. Müəssisədə kamera sistemi də quraşdırılıb ki, bu da istehsal prosesini izləməyi asanlaşdırır.

Telekörpü vasitəsilə "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin baş ofisi ilə istehsalatla bağlı müzakirələr də aparılır.

kepeztv.az
Dünən, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Dünən, 10:41
Azərbaycan nefti bahalaşdı
Dünən, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Dünən, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Dünən, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Dünən, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Dünən, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi