"DəmirBank" "Energocredit" layihəsinin təqdimat mərasimini keçirib
Iqtisadiyyat
Oxunub: 1 402
5 in 2015 | 14:25
"DəmirBank" "Avropa Yenidənqurma və İnkişaf Bankı"nın (AYİB) "Qafqazda Enerjiyə Qənaət Proqramı"nın bir hissəsi olan "Energocredit" layihəsinin təqdimat mərasimini keçirib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, "Energocredit" layihəsinin təqdimat mərasimində iqtisadiyyatın müxtəlif sahələrindən olan 100-ə yaxın sahibkar iştirak edib. Həmçinin tədbirdə AYİB nümayəndələri və bank rəhbərliyi də təmsil olunub.
Tədbiri giriş sözü ilə açan "Dəmirbank" ASC-nin Marketinq departamentinin direktor müavini Sənan Həsənov bank tərəfindən təqdim edilən "Energocredit" layihəsi barəsində qısa məlumat verib və tədbirin proqramını iştirakçıların diqqətinə çatdırıb.
Sonra açılış nitqi ilə çıxış edən, İdarə Heyətinin Sədri Roman Əmircanov Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən, Azərbaycanda fəaliyyət göstərən kiçik, orta və iri müəssisələrin və həmçinin ev təsərrüfatlarının enerji istehlakının effektivliyinin artırılmasına istiqamətlənən "Energocredit" layihəsinin "Dəmirbank" və müştəriləri üçün əhəmiyyətini sahibkarların diqqətinə çatdırıb. Bütün iştirakçılar bu səmərəli və effektiv məhsuldan istifadə etməyə dəvət olunub.
"Energocredit" layihəsinin Azərbaycan üzrə layihə kordinatoru Nazim Məmmədov layihənin detalları barədə geniş məlumat verərək, bu günədək maliyyələşdirilmiş bir sıra layihə nümunələrini nümayiş etdirib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, "Energocredit" Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz regionu üzrə layihəsidir. Yerli iştirakçı maliyyə qurumları ilə birgə, istehlak və biznes kreditləri üzrə enerji effektivliyi və bərpa olunan enerji layihələrini maliyyələşdirir. "Energocredit" kredit xətti geri nağd ödəniş və pulsuz texniki mütəxəssis məsləhəti kimi üstünlüklər təklif edir. Avropa Birliyi Qonşuluq İnvestisiya Mexanizmi ətraf mühitə dost investisiyaları mükafatlandıraraq kredit məbləğinin 10 və ya 15%-ni geri nağd ödəyir, pulsuz mütəxəssis məsləhəti isə Avstriya Maliyyə Nazirliyi tərəfindən təmin edilir.
Ölkənin ilk kommersiya banklarından biri olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan "Avropa Yenidənqurma və İnkişaf Bankı" və "Hollandiya İnkişaf Maliyyə Şirkəti" (FMO) daxildir. "DəmirBank" həmçinin "Fitch Ratings" beynəlxalq qiymətləndirmə agentliyinin "stabil", "Planet Rating" agentliyinin isə "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.

Ətraflı məlumat və dəstək üçün: www.energocredit.az.​"
Dünən, 10:50
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Dünən, 10:41
Azərbaycan nefti bahalaşdı
Dünən, 10:34
Tramp: ABŞ və İsrailin İrandakı məqsədləri "bir az fərqli ola bilər"
Dünən, 10:29
XIII Qlobal Bakı Forumunun üçüncü günü keçirilir
Dünən, 10:10
Nüvə partlayışından sonra insanların başına nə gələcək: dəhşətli PROQNOZLAR
Dünən, 10:06
Yaşıllıqlara 73 min manatdan çox ziyan vuruldu
Dünən, 09:00
Türk Dünyasının “hərbi yumruğu” düyünlənir: NATO və Avrasiya arasında yeni güc mərkəzi yaradılır
13-03-2026, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
13-03-2026, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
13-03-2026, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
13-03-2026, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
13-03-2026, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
13-03-2026, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
13-03-2026, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
13-03-2026, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
13-03-2026, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
13-03-2026, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
13-03-2026, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
13-03-2026, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
13-03-2026, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
13-03-2026, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
13-03-2026, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
13-03-2026, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
13-03-2026, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
13-03-2026, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
13-03-2026, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
13-03-2026, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi