TANAP-ın payçıları bəlli oldu
Iqtisadiyyat
Oxunub: 1 807
16 mar 2015 | 13:20
TANAP-ın payçıları bəlli oldu
SOCAR məlumat yaydı.

Martın 13-də Ankarada Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsi (TANAP) üzrə Ortaqlıq Anlaşması imzalanıb.

Azerinfo.az bildirir ki, bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.

Ortaqlıq Anlaşmasını Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, TANAP-ın baş direktoru Saltuk Düzyol, “BP-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrell və BOTAŞ-ın baş direktoru Mehmet Konuk imzalayıb. Beləliklə, BP şirkətinin TANAP-ın ortaqlarından biri olması rəsmiləşib.

SOCAR-dan verilən məlumata görə, TANAP layihəsi üzrə anlaşmanın imzalanmasından sonra ortaqlar arasında paylar belə müəyyənləşib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

Qeyd edək ki, TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

Onu da əlavə edək ki, imzalanma mərasimində Türkiyə Respublikası energetika və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, BOTAŞ-ın baş icraçı direktoru Mehmet Konuk, TANAP İdarə Heyətinin üzvü Vaqif Əliyev və TANAP-ın baş icraçı direktoru Saltuk Düzyol, “Cənub Qaz Dəhlizi” şirkətinin baş icraçı direktoru Əfqan İsayev iştirak edib.
Dünən, 16:00
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Dünən, 15:33
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Dünən, 15:30
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Dünən, 13:25
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Dünən, 13:16
Həmin ordeni Polşaya qaytardı
Dünən, 12:43
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Dünən, 12:39
Daşaltı kəndinin fonunda - Fotolar
Dünən, 12:33
Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
Dünən, 11:46
Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
Dünən, 11:40
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
Dünən, 11:15
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Dünən, 11:09
Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
Dünən, 11:05
Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
Dünən, 10:59
Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Dünən, 10:55
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Dünən, 10:51
Daha bir gəncin meyiti kanaldan tapıldı
Dünən, 09:53
İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır
Dünən, 09:47
ABŞ-İran texniki danışıqları da başa çatdı: Nəticə?
Dünən, 09:40
Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar
Dünən, 09:36
Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi
Dünən, 09:31
Mərdəkanda dənizdə batan 4 gəncin - Fotosu
Dünən, 09:23
XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir
Dünən, 09:09
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Dünən, 09:00
İran-ABŞ barışığı Azərbaycana da təsir göstərəcək
22-06-2026, 16:00
Bu yerlərdə qiymətlər 15% qalxacaq — VİDEO
22-06-2026, 15:30
Göyçə uğrunda əməliyyat: yüzlərlə tikili söküldü
22-06-2026, 13:58
Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib