NEFT 100 dollar olacaq...
Iqtisadiyyat
Oxunub: 12 134
21 in 2017 | 10:10
NEFT 100 dollar olacaq...














Neftin qiymətinin 50 dollardan yuxarı olması bütövlükdə Azərbaycanın gəlirlərini artıracaq ki, bu da büdcə problemlərinin həllində böyük dəstək deməkdir
Amerika ekspertləri neftin qiyməti ilə bağlı Azərbaycan üçün çox ümidverən ssenari təqdim ediblər

“Thomson Reuters”in analitiklərinin fikrincə, neftin barrelinin qiyməti 100 dollara qədər qalxa bilər.

“Thomson Reuters”in analitiki Şakil Beqq bildirib ki, bunun üçün neftin qlobal ehtiyatları və hasilatın real olaraq azalması vacibdir. Onun fikrincə, gələn il sutkalıq hasilatın daha 500 min azaldılması baş verə bilər ki, bu da qiymətin barrel üzrə 60 dolları keçməsinə gətirəcək.

Hazırda dünya bircalarında Brent neftinin barrelinin qiyməti 54,38 dollardır. Həmçinin “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar bahalaşaraq 54,97 dollar təşkil edib.
Brent neftinin qiyməti (dollar/barrel) - 25 may 2017-ci il

Neftin qiymətinin artması OPEK və Rusiya təmsilçilərinin mayın 25-ə gözlənən görüşü ilə bağlıdır. Agentlik bildirir ki, danışıqların gedişində neftin hasilatının sutkada 1,8 milyon barrel azaldılması barəcə razılığa gələ bilərlər. Hazırda hasilatın azaldılması ilə bağlı sazişə dünyanın 24 iri neft hasilatçısı qoşulub. Rusiya analitiklərinin fikrincə, sazişə Norveç, Misir və Türkmənistan da qoşula bilər. Yəni Şakil Beqqin bəhs etdiyi 500 min barrel bu yolla təmin edilə bilər və neftin barrelinin qiyməti gələn il 60 dolları ötə bilər.

Neftin qiymətinin 50 dollardan yuxarı olması bütövlükdə Azərbaycanın gəlirlərini artıracaq ki, bu da büdcə problemlərinin həllində böyük dəstək deməkdir. Əgər neftin bareli 40 dollar olarsa, Azərbaycanın 2017-ci ildəki neft gəlirlərinin 5,2 milyard dollar olacağı proqnozlaşdırılır.

Amma neftin qiyməti 50 dollar olarsa, Dövlət Neft Fondunun gəlirləri 6 milyard dollara bərabər ola bilər. Neftin qiymətinin 60 dollar ətrafında dəyişməsi isə bu gəlirlərin daha 1 milyard dollar artması deməkdir.

Bu isə manata təzyiqlərin azalması və ölkə əhalisinin vəziyyətinin xeyli yaxşdırılaşması deməkdir. Neftin qiymətinin artması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilki gəlirlərinin artmasına da səbəb olacaq. Bu ilin birinci rübündə neftin qiyməti 50 dollardan yüksək olub ki, bu da ARDNF-in gəlirlərinin artmasına səbəb olub.

Mənbə: ARDNF

ARDNF-dən verilən məlumata görə, fondun valyuta ehtiyatları 2017-ci ilin birinci rübünün yekunlarına görə 60 milyon dollar artaraq, 33 milyard 207 milyon dollara çatıb. Birinci rübdə fond ölkədə iqtisadi sabitliyin təmini üçün Azərbaycan Mərkəzi Bankına 2,3 milyard manat transfert gerçəkləşdirib. 2017-ci ildə fondun büdcəsində bu məqsədlər üçün 7,5 milyard manat, yəni indiki məzənnə ilə təxminən 4,5 milyard dollar ayrılması nəzərdə tutulub.

Birinci rübün yekunlarında ümumiyyətlə ölkənin qızıl-valyuta ehtiyatları 37 milyard 639 milyon dollar təşkil edib. Bunun 4 milyard 432 milyon dolları Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları olub.

Mənbə: İstipress
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq