Rayonlarda yaşayan aztəminatlı ailələrə müjdə
Iqtisadiyyat
Oxunub: 4 993
13 mar 2017 | 04:45
Rayonlarda yaşayan aztəminatlı ailələrə müjdə









Bu məqsədlə prezidentin ehtiyat fondundan 6 mln. manat vəsait ayrılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində Qəbələ və İsmayıllı rayonlarında bir qrup işsiz və işaxtaran şəxs ailə bizneslərini qurmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunub.

"Qaynar" xəbər verir ki, bununla əlaqədar Qəbələ rayonunda keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Qəbələ rayon İcra Hakimiyyətinin, nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri, Qəbələ Turizm və hotelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov, özünüməşğulluq proqramının iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğunun təminatına yönələn tədbirlərin miqyasının özünüməşğulluq proqramı vasitəsilə daha da genişlənməsinə imkan verib. Bu məqsədlə prezidentin ehtiyat fondundan 6 mln. manat vəsait ayrılıb.

Sərəncamın icrası olaraq, nazirlik tərəfindən 2016-cı ilin 1 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunub və biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələniblər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı işləri aparılır. Müsbət dəyərləndirilən biznes-planların 83,6%-i kənd təsərrüfatı, 9,4%-i xidmət, 6,6%-i istehsal, 0,4%-i ticarət sahələrini əhatə edir. Bu işlərin ilkin mərhələsi kimi, 25 rayon üzrə aktivlərin təqdim olunması prosesi davam etdirilir. O cümlədən Qəbələ və İsmayıllı rayonları üzrə 29 nəfər iştirakçıdan 22-si aktivlərlə təmin edilib. Onlardan 16 nəfərinə heyvandarlıq, 3 nəfərinə arıçılıq, 1 nəfərinə örtülü tərəvəz (istixana) təsərrüfatı qurmaq, 1 nəfərinə kompüter təmiri, çap və poliqrafiya işləri aparmaq, qalan 1 nəfərinə isə qədim xalq sənəti növlərindən biri olan misgərlik fəaliyyəti üçün mal və materiallar təqdim edilib. Hazırda özünüməşğulluq proqramı üzrə uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərə aktivlərin alınıb verilməsi prosesi davam etdirilir.
Bu gün, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
Bu gün, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
Bu gün, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ
Bu gün, 13:00
"General Hospital"da araşdırma başladı
Bu gün, 12:56
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Bu gün, 12:52
WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
Bu gün, 12:49
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
Bu gün, 12:22
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama
Bu gün, 12:17
İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 11:48
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Bu gün, 11:43
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Bu gün, 11:02
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün, 10:32
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?
Bu gün, 10:20
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün, 10:14
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
Bu gün, 09:40
Bu dəfə dolların üstündə “peyda oldu”
Bu gün, 09:36
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Bu gün, 09:28
Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Bu gün, 09:24
“Mən yaxşıyam” - Elvin Cəfərquliyev
Bu gün, 09:20
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
Bu gün, 09:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dünən, 16:00
Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı
Dünən, 15:55
İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR
Dünən, 15:30
İranın ABŞ-a verdiyi son təklifdir, başqası olmayacaq - Qalibaf AÇIQLADI
Dünən, 14:22
Hantavirus: Siçanlardan yayılan viruslar on milyonlarla insanı məhv edib - dünya yenə sakitdir
Dünən, 13:19
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib
Dünən, 13:15
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -