"Bakutel" çərçivəsində QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək
Iqtisadiyyat
Oxunub: 2 024
21 noy 2014 | 14:58
"Bakutel" çərçivəsində QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək Bu il dekabrın 1-2 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti dövr üçün koordinatoru seçilib.
Bakıda baş tutacaq tədbirdə üzv ölkələrin elm və texnologiyalar məsələləri müzakirəyə çıxarılacaq və bu istiqamətdə fikir mübadiləsi aparılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək iclas "Bakutel-2014" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində reallaşdırılacaq.

Dekabrın 3-də isə QDİƏT-ə üzv ölkələrin elm və texnologiyalar üzrə nazirlərinin iclası təşkil olunacaq.
İclasda QDİƏT-in baş katibi Viktor Tsvirkunun da iştirakı nəzərdə tutulub.
Bu tədbirdə də səlahiyyətli şəxslər çıxış edərək təşkilatın əhatə etdiyi ərazilər üzrə elm və texnologiya məsələlərini gündəmə gətirəcəklər.
İclasın nəticəsi olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə Əməkdaşlığının 3-cü planı qəbul olunacaq. Eyni zamanda nazirlər bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
Bu gün, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Bu gün, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Bu gün, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Bu gün, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Bu gün, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Bu gün, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Bu gün, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Bu gün, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Bu gün, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Bu gün, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Bu gün, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Bu gün, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Bu gün, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Bu gün, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Bu gün, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Bu gün, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Bu gün, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?
Bu gün, 09:36
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Bu gün, 09:30
Səssiz ölüm təhlükəsi: Mikrodalğalı sobada yemək qızdıranların nəzərinə
Bu gün, 09:13
İrəvandan Bakı benzini ilə bağlı açıqlama – “Azərbaycan olmasaydı...”
Bu gün, 09:00
Satışda olan ətlərlə bağlı TƏCİLİ XƏBƏRDARLIQ
Dünən, 21:36
32 ildən sonra Xankəndiyə ilk daxil olan kəşfiyyatçılarla unudulmaz görüş
Dünən, 18:39
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
Dünən, 16:00
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
Dünən, 15:30
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
Dünən, 15:23
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
Dünən, 14:47
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında