Təcili!!! Un satışı dayandı - “30 manat”

Son günlər manatın dollarla nisbətdə məzənnəsinin möhkəmlənməsi ərzaq məhsullarının qiymətinin aşağı düşəcəyi barədə müzakirələrə səbəb olub
İqtisadiyyat Nazirliyindən daxil olan məlumatda qeyd olunub ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir. Bununla yanaşı, son günlər bəzi bölgələrdən unun qiymətinin bahalaşmasına dair məlumatlar gəlir. Xəbərlərə görə, 50 kiloqramlıq un kisələri son günlər 30 manata satılır.
Unun satış qiymətini öyrənmək üçün “Karmen” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətdən bahalanma barədə xəbərlərdən məlumatsız olduqlarını bildiriblər: “Bir neçə gün öncə 25.20 qəpiyə olan un hazırda 24.95 qəpiyə satılır. Manatın bahalaşması ilə əlaqədar olaraq bir neçə gündür ki, unun qiyməti aşağı düşüb”.
“Xırman” şirkətindən də pərakəndə satış qiymətinin topdansatışla müqayisədə nisbətən yüksək olmasına münasibət bildirilib: “Pərakəndə satış qiyməti topdansatışla müqayisədə fərqlidir. Sahibkar öz qiymətini qoyur, onların qiymət siyasətinə müdaxilə edə bilmərik. Sahibkar vergi ödəyir, məhsulun daşınması üçün avtomobil tutur. Bütün bu xərclərlə yanaşı özü də müəyyən qədər qazanmalıdır. Ola bilər ki, hazırda bir sıra mağazalarda qiymətlər yüksəkdir. Bunun digər səbəbi məhsulun bahalıq dövründə alınması ilə əlaqədardır. Bir ay öncə 50 kiloluq kisəni 25.20 qəpiyə alan sahibkar anbardakı malı elə köhnə qiymətlə də satmaq məcburiyyətindədir”.
Şirkətdən o da bildirilib ki, bir həftədir dükanlar tərəfindən un alınmır. Anbarlarında məhsul olduğu üçün alver dayanıb. Şirkət rəsmisi bildirib ki, hazırda unun ən ən yüksək satış qiyməti 26 manatdır: “Alıcılar 26 manatdan daha yüksək qiymətə hardasa, hətta Yardımlının ən ucqar kəndində belə un ala bilməzlər. 50 kiloluq un kisəsinin 30 manata satılması qanunsuzluqdur. Prezidentin də bununla bağlı fərmanı var ki, yüksək qiymətə un satıla bilməz”.
Qeyd edək ki, “Xırman” şirkətində 25.20 manata olan 50 kiloluq un hazırda 24,50 manata satılır: “Qiymətlər 5 gün öncə dəyişib. Qiymət dəyişməsinə səbəb manatın dollarla nisbətdə möhkəmlənməsidir”.
Manatın dollara nisbətdə möhkəmlənməsi digər ərzaq və qeyri-ərzaq məhsullarının da qiymətinin aşağı düşməsini gündəmə gətirib. Ancaq hələlik digər ərzaq məhsullarında qiymətin enməsi qeydə alınmayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəyini bildirib. (cebhe.info)
Bu gün, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
Bu gün, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
Bu gün, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ
Bu gün, 13:00
"General Hospital"da araşdırma başladı
Bu gün, 12:56
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Bu gün, 12:52
WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
Bu gün, 12:49
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
Bu gün, 12:22
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama
Bu gün, 12:17
İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 11:48
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Bu gün, 11:43
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Bu gün, 11:02
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün, 10:32
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?
Bu gün, 10:20
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün, 10:14
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
Bu gün, 09:40
Bu dəfə dolların üstündə “peyda oldu”
Bu gün, 09:36
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Bu gün, 09:28
Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Bu gün, 09:24
“Mən yaxşıyam” - Elvin Cəfərquliyev
Bu gün, 09:20
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
Bu gün, 09:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dünən, 16:00
Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı
Dünən, 15:55
İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR
Dünən, 15:30
İranın ABŞ-a verdiyi son təklifdir, başqası olmayacaq - Qalibaf AÇIQLADI
Dünən, 14:22
Hantavirus: Siçanlardan yayılan viruslar on milyonlarla insanı məhv edib - dünya yenə sakitdir
Dünən, 13:19
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib
Dünən, 13:15
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -