Mədət Quliyev “qara bazar”ı basdırdı: Banklar isə ucuz dollardan da qazanır - Detallar
Iqtisadiyyat
Oxunub: 15 076
8 fev 2017 | 20:08
Mədət Quliyev “qara bazar”ı basdırdı: Banklar isə ucuz dollardan da qazanır - Detallar














Dövlət Təhlükəsizlik Xidməti “qara bazar”ı beşiyində boğdu; DTX-nın keçirdiyi əməliyyatlardan sonra manat dollara nisbətən möhkəmlənir...

Politika.Az-ın əldə etdiyi xəbərə görə, “qara bazar”da əli olan məmurların “zərərsizləşdirilməsi” ilə bu proses öz məcrasına düşdü.

Yanvarın sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollara təklifində də artımlar var. Əslində, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi. Dekabr ayında idxal, borc öhdəliklərin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir.

Nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi.

Ekspertlərin fikrincə, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Və əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər.

Politika.Az-ın əldə etdiyi xəbərə görə, DTX-nın uğurlu əməliyyatlarından sonra növbə maliyyə bazarına cavabdeh məmurlara qalıb. Artıq Mədət Quliyev üzərinə düşəni edib. İndi Mərkəzi Bank dollara nəzarət etməlidir.

banklar əvvəlcədən aşağı məzənnə alıb saxladıqları ehtiyat valyutanı qazanc mənbəyinə çeviriblər. Bununla parallel olaraq əhali də manatın möhkəmlənməsindən təlaşa düşərək əllərindəki dolları qısa vaxtda satmağa cəhd edirlər. Bütün bunlar bazarda dollar təklifini artırıb.

Yaranmış situasiyada banklar daha çox qazanc əldə etməyə çalışırlar. Ümumiyyətlə, son aylarda bankların əmanət cəlb etmək, kredit vermək, digər xidmətləri həyata keçirməkdə çətinlik çəkirlər. Ona görə də onlar yeganə gəlir mənbəyi kimi valyuta satışına diqqəti artırıblar.

Nəticədə banklarda dolların alış və satış məzənnələri arasında kəskin fərq yaranıb. Bu gün banklarda ABŞ valyutası 1.7000-1.7500 manata alınır. Bəzi banklarda alış məzənnəsi hətta 1.6800 manatdır. Satış məzənnəsi isə 1.8500-1.9200 manat arasında dəyişir.


Mədət Quliyev “qara bazar”ı basdırdı: Banklar isə ucuz dollardan da qazanır - Detallar
Bu gün, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR