“Pensiya+” nağdsız ödənişlərin inkişafına töhfə verir
Iqtisadiyyat
Oxunub: 990
23 yan 2017 | 08:26
“Pensiya+” nağdsız ödənişlərin inkişafına töhfə verir











Azərbaycan Beynəlxalq Bankının (ABB) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə birgə layihəsi olan “Pensiya+” xidmətinə qoşulan pensiyaçıların sayı ötən il 7 minə yaxın olub.

“Qafqazinfo” xəbər verir ki, “Pensiya+” əmək pensiyaçılarına öz kartlarından nağdsız ödənişlər etməyə imkan yaradan xidmətdir. ABB-nin bütün pensiya kart sahibləri bu xidmətdən faydalana bilər. Xidmətə qoşulmaqla pensiyaçı hər ay minimum 100 manat, maksimum pensiya məbləği qədər və aylıq yenilənən faizsiz kredit limiti əldə edir. Eyni zamanda, müştərinin müraciəti əsasında bu məbləğ artırıla da bilər. Ayrılmış kredit limitindən Bankın tərəfdaşlıq etdiyi ticarət və xidmət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin ABB-nin bankomatları və rəsmi internet səhifəsində kommunal ödənişlərin aparılması üçün istifadə etmək olar. Kredit limitinin istifadəsi pensiya vəsaiti tam xərcləndikdən sonra mümkündür. Yaranmış borc növbəti ayın pensiya məbləğindən tutulur. Borc tam ödənildikdən sonra isə kredit limiti yenidən aktivləşdirilir. Xidmət pulsuzdur, müştəridən heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur.

Hazırda paytaxtda, eləcə də ölkəmizin regionlarında fəaliyyət göstərən 150-dən çox ticarət və xidmət müəssisəsi ABB-nin “Pensiya+” xidmətinə qoşulub. Yaxın gələcəkdə tərəfdaş müəssisələrin sayının daha da artırılması nəzərdə tutulur.

Xidmətin ən böyük faydalarından biri pensiyaçı vətəndaşlarımızda nağdsız ödəniş vərdişləri aşılamasıdır. Bu da ölkəmizdə nağdsız ödəniş ənənələrini inkişaf etdirir. Pensiyaçılar arasında internet vasitəsilə elektron ödənişlərin həyata keçirilməsi meyllərinin getdikcə artması da ölkəmizdə informasiya cəmiyyətinin inkişafı, yaşlı və gənc nəsil arasında rəqəmsal fərqin aradan qalxması baxımından önəmlidir. Xatırladaq ki, Azərbaycanda pensiyaların plastik kartlarla ödənilməsinə ilk dəfə 2004-cü ildə ABB tərəfindən başlanıb.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Bu gün, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
Bu gün, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
Bu gün, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ
Bu gün, 13:00
"General Hospital"da araşdırma başladı
Bu gün, 12:56
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Bu gün, 12:52
WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
Bu gün, 12:49
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
Bu gün, 12:22
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama
Bu gün, 12:17
İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 11:48
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Bu gün, 11:43
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Bu gün, 11:02
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün, 10:32
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?
Bu gün, 10:20
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün, 10:14
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
Bu gün, 09:40
Bu dəfə dolların üstündə “peyda oldu”
Bu gün, 09:36
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Bu gün, 09:28
Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Bu gün, 09:24
“Mən yaxşıyam” - Elvin Cəfərquliyev
Bu gün, 09:20
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
Bu gün, 09:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dünən, 16:00
Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı
Dünən, 15:55
İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR
Dünən, 15:30
İranın ABŞ-a verdiyi son təklifdir, başqası olmayacaq - Qalibaf AÇIQLADI
Dünən, 14:22
Hantavirus: Siçanlardan yayılan viruslar on milyonlarla insanı məhv edib - dünya yenə sakitdir
Dünən, 13:19
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib
Dünən, 13:15
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -