"Qiymətlər artacaq, qıtlıq yaranacaq..." - İqtisadçı-ekspertlər durumu şərh edirlər
Iqtisadiyyat
Oxunub: 17 041
9 yan 2017 | 11:10
"Qiymətlər artacaq, qıtlıq yaranacaq..." - İqtisadçı-ekspertlər durumu şərh edirlər













Manatı daha ağır sınaqlar gözləyir

Milli valyutanın məzənnəsi bu il başlayandan yenə düşməkdədir. Banklar isə iki aydan çoxdur ki, dollar satmır. Nəticədə “qara bazar” genişlənib və rəsmi məzənnə artıq əhəmiyyətini itirməkdədir. Ekspertlər çıxış yolu göstərməyin də artıq gec olduğunu düşünür. Manat yenidən kəskin devalvasiyaya uğramalıdır.

Ekspert Natiq Cəfərli bildirdi ki, bankların dollar satmamasının obyektiv səbəbləri də var: “Tələb kifayət qədərdir, yüksəkdir. Ancaq ötən ilin sonunda gördük ki, hər dəfə hərraca 30-35 milyon dollarlıq vəsait çıxarılıb. Tələbsə bundan bəzən on qat artıq olub. Mərkəzi Bankın və Neft Fondunun məhdud səlahiyyətləri və resurlaarı var. Hərraca böyük həcmdə dollar çıxarmaq iqtidarında deyillər. Çünki Mərkəzi Bank ümumiyyətlə, dollar satışını dayandırıb. 4 milyardlıq rezervi qorumağı düşünür. Neft Fondunun isə limiti var. Limitləri aşa bilmədiyinə görə daha az həcmdə dollar çıxarır. Bankların özlərinin də problemləri var. Manatın tam üzən məzənnəyə keçdiyini bildirsələr də, düşünmürəm ki, üzən məzənnə olacaq. Adını nə qoymağından asılı olmayaraq, Azərbaycanda üzən məzənnəyə keçid üçün institutlar yoxdur. Üzən məzənnənin əsas prinsipləri valyuta birjasının olması, fəaliyyət göstərməsi və birjada kifayət qədər oyunçuların olmasıdır. Azərbaycandan isə valyuta bazarında cəmi iki oyunçu var, bu il onlardan biri iştirak etməyəcək.

"Qiymətlər artacaq, qıtlıq yaranacaq..." - İqtisadçı-ekspertlər durumu şərh edirlər

Üzən məzənnəyə keçmək mümkün deyil. Manat iqtisadi dəyəri olmayan bir indikatora çevrilib. Rəsmi məzənnə ilə dollar almaq mümkün deyil, valyutaya çıxış imkanları kifayət qədər məhdudlaşıb. Bu da idxal əməliyyatlarını çətinləşdirir, malları daha da bahalaşdırır. Məhsulların qiymətinin daha da sürətlə artmasına səbəb olur. Bir müddət sonra hətta bəzi məhsullar üzrə qıtlığın da yaranması ehtimalı var. Mərkəzi Bankın rezervi borc-kredit danışıqlarında həm də bir zəmanət rolunu oynayır. Ona görə də Mərkəzi Bank bu il də bazarda iştirakçı kimi olmayacaq, təkcə Neft Fondu valyuta satacaq. Neft Fondunun cəmi 4 milyard dollardan bir az yuxarı satış imkanları var. Qalan ehtiyacın hansı mənbələr hesabına ödəniləcəyi qaranlıq qalır”.Image result for Manat

Ekspertin sözlərinə görə, ilkin hesablamalara görə, Azərbaycanın aylıq valyuta tələbatı 1 milyard dollara qədərdir: “İl ərzində ortalama 11-12 milyard dollara yaxın valyutaya ehtiyacımız var. Ancaq Neft Fondu tərəfindən 4 milyard dolların bazara çıxması ehtimalı var. Bütün bu şərtləri nəzərə alsaq, düşünürəm ki, bu il manat üçün çox ağır il olacaq. Ümid onadır ki, əgər neft qiymətlərində çox kəskin artım olarsa, o zaman valyuta bazarında müəyyən sabitlik yarana bilər. Mərkəzi Bankın da bazara valyuta çıxarmaq imkanları ola bilər. Onun da ehtimalı çox aşağıdır. Çünki ən yaxşı halda neftin qiymətləri 50-55 dollar civarında qalacaq. Hətta bundan aşağı düşmək ehtimalı artma ehtimalılndan daha çoxdur. Bunları nəzərə alsaq, növbəti rekordları, məzənnənin daha aşağı düşməsini görəcəyik”. N.Cəfərli bununla belə, Neft Fondunun ehtiyatını əvvəldən hərraca çıxarmasının mümkünlüyünə də diqqət çəkdi və bildirdi ki, bu, ajiotajı bir qədər səngidə bilər: “Ancaq müvəqqətidir”.

"Qiymətlər artacaq, qıtlıq yaranacaq..." - İqtisadçı-ekspertlər durumu şərh edirlər

Ekspert Əkrəm Həsənova görə, Mərkəzi Bank və Neft Fondu bir müddət də manatın dəyərini qoruyub saxlaya bilər: “Neft Fondu bu il üçün 4 milyard dollar ayırıb. Mərkəzi Bank istəsə, hələ bir neçə ay məzənənni olduğu kimi saxlaya bilər. Amma mən bunu ehtimal etmirəm. Bir neçə aydan sonra pul olmayacaq. Onda milli valyutamız kəskin şəkildə öz dəyərini itirəcək. Mərkəzi Bank ötən ilin son aylarındakı kursu davam etdirəcək, milli valyutanı dəyərdən salacaq. Devalvasiyanın olacağı ilə bağlı artıq heç kəsdə şübhə yoxdur. Sadəcə, əsas məsələ odur ki, məzənnəni sala-sala da Mərkəzi Bank banklara kifayət qədər dollar satacaqmı? Mərkəzi Bank ötən ilin son aylarında manatı yavaş-yavaş dəyərdən salsa da, dollar satmırdı. Buna görə də sahibkarlar və vətəndaşlar banklardan dollar ala bilmirdilər və ”qara bazar”dakı dollar Mərkəzi Bankın məzənnəsindən xeyli baha oldu. Ehtimal edirəm ki, ola bilsin, bunun qarşısı alınsın, ilin əvvəlində Mərkəzi Bank bankları kifayət qədər dollarla təmin etsin. Çünki əgər etməsə, Mərkəzi Bankın məzənnəsinin heç bir əhəmiyyəti qalmır. Və durum gündən-günə pisləşəcək”(musavat.com).
Bu gün, 16:00
Ermənistana turist kimi gedən azərbaycanlıların sayı AÇIQLANDI
Bu gün, 15:30
Banklar kredit verməyə müştəri tapmır?
Bu gün, 13:17
Həccə gedənlərin NƏZƏRİNƏ
Bu gün, 13:00
"General Hospital"da araşdırma başladı
Bu gün, 12:56
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatıb
Bu gün, 12:52
WUF13 üçün xaricdən 165 tərcüməçi dəvət olunub
Bu gün, 12:49
Bakı məktəblərində tədris onlayn olacaq - RƏSMİ
Bu gün, 12:22
Ankara ilə İrəvan arasında sərhədlər açılır - Rəsmi açıqlama
Bu gün, 12:17
İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 11:48
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
Bu gün, 11:43
DİN: Ölkə üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində onlarla cinayət açılıb
Bu gün, 11:02
DYP-dən sürücülərə MÜRACİƏT
Bu gün, 10:32
Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir?
Bu gün, 10:20
Bu gün ölkə kubokunun qalibi müəyyənləşəcək
Bu gün, 10:14
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Foto
Bu gün, 09:40
Bu dəfə dolların üstündə “peyda oldu”
Bu gün, 09:36
ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Bu gün, 09:28
Ekspert: VPN xidmətlərinin bütün dünyada bloklanacaq
Bu gün, 09:24
“Mən yaxşıyam” - Elvin Cəfərquliyev
Bu gün, 09:20
Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
Bu gün, 09:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dünən, 16:00
Tramp ABŞ üçün “arzuların komandası”nı açıqladı
Dünən, 15:55
İlham Əliyev Bakı Olimpiya Stadionunda - FOTOLAR
Dünən, 15:30
İranın ABŞ-a verdiyi son təklifdir, başqası olmayacaq - Qalibaf AÇIQLADI
Dünən, 14:22
Hantavirus: Siçanlardan yayılan viruslar on milyonlarla insanı məhv edib - dünya yenə sakitdir
Dünən, 13:19
Daxili işlər nazirinin müavini Milli Məclisdə hesabat verib
Dünən, 13:15
"Valideyn uşağından imtina edirsə, dövlət ona sahib çıxmalıdır" -