Gənclərimizə şad xəbər
Aztəminatlı ailələr də ipoteka krediti ala biləcək
İpoteka kreditləşməsində həyata keçirilən yeniliklər açıqlandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan İpoteka Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasını, “Azərbaycan İpoteka Fondu”nun Nizamnaməsini və ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərmanları imzalayıb.
Beləliklə, həm institutsional, həm də sosial-iqtisadi əhəmiyyəti olan addım atılıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı islahat tədbirlərini şərh edib:
“Yeni qaydalara əsasən, İpoteka Fondunun nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, sədrinin və onun müavininin vəzifəyə təyin və azad edilməsi, Fondun yenidən təşkili və ləğvi məsələləri Prezidentin müstəsna səlahiyyətinə aid edilib.
Yeniliklərdən biri də “Elektron hökümət” portalında “Elektron ipoteka” sisteminin yaradılması və 2017-ci ilin yanvar ayının 1-dən tətbiq edilməsinin nəzərdə tutulmasıdır.
Beləliklə, bu sahədə səmərəlilik, hesabatlılıq və şəffaflığın daha da artırılması mümkün olacaq. Bundan isə ən çox Azərbaycan vətəndaşı qazanır.
Bundan başqa, ipoteka kreditlərinin verilməsinə dair tələblərin daha sosialyönümlü, reallığa uyğun olması diqqəti cəlb edən məqamlardandır.
Belə ki, yeni qaydaya əsasən, kreditin maksimal məbləğinin ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilməsi, güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunması müsbət yeniliklərdəndir.
Cəmiyyət tərəfindən təşkil olunan “Elektron ipoteka” sistemi ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatlar, kredit almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi, ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində ona münasib görüş vaxtını seçməklə göndərilməsi və qeydiyyata alınması, ödənişlərin elektron formada həyata keçirilməsi və s. kimi yenilikləri əks etdirir.
Onun sözlərinə görə, dəyişkliklər nəticəsində Azərbaycan vətəndaşlarının daha geniş təbəqələri ipoteka kreditindən yararlanacaq. Məsələn, gənc ailənin üzvü olan aşağıdakı şəxslər ipoteka alacaqlar:
“Şəhid ailəsinin üzvü, Milli Qəhrəman, məcburi köçkün, ən azı 3 il dövlət qulluğunda qulluq edən şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs və fəlsəfə doktoru, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs də ipoteka ala biləcək.
Bundan başqa elmlər doktoru, ən azı 15 il dövlət qulluğunda olan şəxs, ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular da güzəştli ipoteka krediti ala biləcəklər. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə də ipoteka ayrılacaq.
Yeni ipoteka qaydalarında əhalinin xeyrinə olan daha bir məsələ kreditin məbləğinin mənzilin qiymətinin 85%-dək artırılmasıdır. Əvvəllər bu məbləğ 80% idi”.
Yeni qayda ilə ipoteka krediti daha çox orta və aztəminatlı insanlar üçün əlçatan olacaq. Belə ki, ipoteka krediti ilə bahalı ev almaq mümkün olmayacaq:
“Güzəştli ipoteka yalnız orta bazar qiymətindən baha olmayan “kupça”lı mənzillərə veriləcək. Əslində bu il 11 aprel tarixində yaradılmış Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) də daha çox orta və aztəminatlı təbəqə üçün mənzil təminatını prioritet seçib.
Azərbaycan dövləti uyğun qiymətə mənzillə təminat məsələsini “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədində də təsbit edib.
Deməli, dövlət qısa, orta və uzunmüddətli dövrdə əhalinin mənzillə təminatı məsələsini prioritet istiqamət kimi saxlayacaq.
Ümumilikdə, güzəştli ipoteka kreditinin verilməsi qaydalarında dəyişiliklər bu sahədə sistemli və davamlı islahatlar aparılmasını göstərir”.
Bu gün, 10:57
"Dünyada yeganə ölkədir ki, heç kim rəhbər olmaq istəmir"-Tramp Tehranı ələ saldı
Bu gün, 10:52
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub
Bu gün, 10:48
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Bu gün, 10:38
Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar
Bu gün, 10:20
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evləri arasında turnir təşkil olunub - FOTO
Bu gün, 10:15
"Qarabağ" Zubirə əvəzləyici tapdı - FOTO
Bu gün, 09:00
Türkiyəyə gedənlər üçün şad xəbər: Ərdoğan qərar imzaladı
Dünən, 18:22
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Dünən, 16:00
TƏCİLİ! ABŞ İrana SON ZƏRBƏNİ vurmağa hazırlaşır
Dünən, 15:30
Mamdani anti-Azərbaycan paylaşımına PEŞMAN edildi – Yeni HƏRƏKAT
Dünən, 15:12
Əməkdar həkim Kliniki Tibbi Mərkəzə direktor təyin edildi
Dünən, 14:27
Mərkəzi Neftçilər Xəstəxanasının yeni direktoru KİMDİR? - DOSYE
Dünən, 13:53
NFC ödənişləri ilə bağlı 3 qurumun birgə AÇIQLAMASI
Dünən, 13:26
Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Dünən, 13:22
Prezident onu "Əmək" ordeni ilə təltif edib
Dünən, 12:22
Sürücülərin nəzərinə: bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
Dünən, 12:18
Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır
Dünən, 10:49
Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Dünən, 10:45
TƏBİB-in icraçı direktoruna müavin təyin olunub
Dünən, 10:30
Bakıda bayrağımıza hörmətsizlik edən gənc cəzalandırıldı - Video
Dünən, 09:59
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır?
Dünən, 09:54
Sərnişin avtobusu qəzaya uğrayıb: 3 ölü, 31 yaralı
Dünən, 09:50
Türkiyədə qalan azərbaycanlılar üçün PİS XƏBƏR
Dünən, 09:44
SON DƏQİQƏ! AZAL qəzası ilə bağlı VACİB AÇIQLAMA
Dünən, 09:37
İlqar Əliyev həbsdə vəfat etdi
Dünən, 09:31
Heyvan bazarlarında yeni dövr — Xəstəliklərin qarşısı belə alınacaq
Dünən, 09:27
İran millisi DÇ-2026-da iştirak edəcək