Mütəxəssis: "Qərb bölgəsində üzümçülüyün inkişafı üçün böyük imkanlar var"
Qeyd etmək istərdim ki, sovetlər dönəmində 2 milyon tona yaxın məhsul vermə gücü olan bağlar daha sonralar məhv edildi, yalnız Ulu öndər hakimiyyətə gəldikdən sonra onların bərpasına başlanıldı. Həmin torpaqlar sahibkarlara paylanıldı və beləliklə üzümçülüyün inkişafına ölkədə yenidən təkan verilmiş oldu. Qərb zonasının isə üzümçülüyün inkişafı, becərilməsi üçün ən münbit iqlimə və torpağa malik olması bir daha göz önünə sərildi. Son festivalda dequstasiya zamanı hər kəs, həm xaricdən gəlmiş, həm də yerli nümayəndələr məhz öz yerli sortlarımızın olduqca dadlı, ətirli, şirəli olmasını onlardan alınan şərabların isə olduqca yüksək keyfiyyətə malik olduqlarını bildirdilər. Lakin burada bir məqamı qeyd etmək istəyirəm ki, bəli, öz sortlarımız dadlıdır, amma onların məhsuldarlığı fərqlidir. Məhz məhsuldarlığı artırmaq və yeni sortları üzümçülüyə cəlb etmək üçün isə xaricdən gələn məhsullara da ehtiyacımız var. Bir şeyi nəzərə alaq ki, bir dövləti tanıdan onu prezidenti, məmurları deyil, bütöv xalqın özüdür. Əgər bugün biz üzümçülükdə bir nailiyyət əldə ediriksə bu bizim bu dövlət qarşısında ən böyük öhdəliyimizdir demək olar. Bugün xarici bazarlarda öz məhsulumuzu tanıtmaq üçün çoxlu məhsul istehsalına yox, keyfiyyətli və fərqlənən məhsul istehsalına üstünlük verməliyik. Əgər bir məhsulun alıcısı yoxdursa o zaman onun istehsalını da aparmaq düzgün deyil. Odur ki, şərablarımızın dünya bazarında öz alıcısını yalnız keyfiyyətlə tapacağını əminliklə deyə bilərik. Bugün ölkədə bir-biriylə rəqabət aparan üzüm bağları, şərab istehsalçıları var. Bu gözəl haldır. O mənada ki, rəqabətdə inkişaf var.
SSRi dövründə becərilən bağlar ekstensiv bağlar idi. Amma bugün sahibkarlarımız çalışırlar ki, az torpaqda bol məhsullu və keyfiyyətli üzüm yetişdirsinlər. Bundan başqa son zamanlar üzümçülük sürətlə inkişaf edir. Bir nüansı qeyd etmək istərdim ki, təkcə Tovuzda bu il 600 hektar bağ salınıb. Bu ölkədə bu sahəyə diqqət və əməyin nəticəsi kimi qiymətləndirilməldir. 2002-ci ildə Qəbələdə salınan üzüm bağlarından məhsul yığımında cənab prezident özü də iştirak edib. Üzümçülüyün inkişafı barədə ölkədə neçə dəfə dövlət proqramı qəbul olunub. Ölkədə qarşıya qoyulan məqsədlərdən biri hektardan məhsuldarlığı 98-100 sentnərə çatdırmaqdır. Müəyyən sahibkarlarımız var ki, onlar artıq bunu əldə ediblər. Bu nəticəyə çatmaq təbii ki, mümkündür, lakin bir nüansı daim diqqət mərkəzində saxlayırıq, bu isə dadlı və keyfiyyətli sortlar əldə etməkdən ibarətdir. Bu festivalda “Mədrəsə” deyilən üzüm sortunun şərabı dequstasiya edildi. Nəticə əlbəttə ki, ürəkaçan oldu. Belə ki, şərabdan dadan qonaqlar onun bu ilki üzüm sortundan olduğuna inanmaqda çətinlik çəkdilər. Bu isə hazırlanan şərabın yüksək keyfiyyət və dadından xəbər verir.
Keçən il Gəncə- Qazax bölgəsində 4330 hektar üzüm bağları vardı. Bu il isə bu artıq 4900 hektar təşkil edir ki, biz bura xırda təsərrüfatları daxil etmədən deyirik. Keçən ilin bugünü ilə müqayisə etsək deyə bilərik ki, bugün məhsuldarlıqda da 5% artım var. Bu isə istəkdən yox, tələbatdan irəli gəlir. Son olaraq onu qeyd etmək istərdim ki, üzümçülüyün inkişafı üçün Qərb bölgəsində böyük imkanlar var və bundan qorxmadan, çəkinmədən istifadə etmək lazımdır.
http://kepeztv.az
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI