Paytaxtda ödənişli hərəkət zonaları - Sistem necə işləyəcək?

Bakının mərkəzinə giriş ödənişli olacaq. Bu, Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və bu zonalara daxil olmağa görə ödənişin məbləği ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Qanunvericilikdə nəzərdə tutulur ki, ödənişli zonalara daxilolma haqqı "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun maliyyələşmə mənbələrindən biri olacaq.
Bəs bu sistem necə reallaşacaq? Nəzarət hansı üsullarla həyata keçiriləcək? Bu zonalara giriş haqqı nə qədər olacaq?
"Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik:
"Bakıya 300 mindən çox avtomobil daxil olur"
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, yeni yanaşma ilkin olaraq Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş sıxılmış təbii qazla və elektrik mühərriki ilə təchiz edilmiş avtobuslara tətbiq ediləcək: "Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə, həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobusların sistemin əhatə dairəsinə daxil edilməsi nəzərdə tutulub. Gün ərzində ətraf ərazilərdən Bakıya 300 mindən çox avtomobil daxil olur. Bunlardan 100 mindən çoxu Sumqayıt-Xırdalanın payına düşür. 200 min avtomobil isə ətraf ərazilərdən Bakı şəhərinə daxil olur".

"Bu, texnoloji baxımdan mümkündür"
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu sistemin ölkəmizdə reallaşdırılması heç də çətin deyil. O vurğulayır ki, dünyada bununla bağlı analoji nümunələr mövcuddur: "İndi texnologiyalar inkişaf edib və texniki həllər rahatlıqla mümkündür. Burada heç bir çətinlik yoxdur. Həm ödənişli zonaların tərtibatı, həm həmin zonalara girişdən əvvəl ödənişlərin həyata keçirilməsi, həm də ödəniş etməyənlərin cərimə edilməsi texnoloji baxımdan realdır".
"Ödəniş vətəndaş üçün əlçatan səviyyədə olacaq"
Mütəxəssis düşünür ki, ödənişli zonalar sıxlıq yaşanan, yüklənmiş magistrallarda ola bilər: "Məbləğlər hələ dəqiqləşməyib. İlk olaraq monitorinq aparılacaq, sosial və iqtisadi təsirlər qiymətləndiriləcək. Bundan sonra ödənişin məbləği açıqlanacaq. Amma yəqin ki, vətəndaş üçün əlçatan səviyyədə olacaq. Burada bölgü də aparmaq olar. Məsələn, hüquqi şəxslərlə fiziki şəxslərin ödədiyi məbləğ fərqli ola bilər. Bundan əlavə, gündəlik, aylıq və illik ödəniş paketlərinin tətbiqi də mümkündür".

"Bu yolla sıxlığın qarşısı alınır"
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, böyük ehtimalla şəhərin mərkəzi hissələrinə girişlərdə ödəniş tətbiq edilməsi nəzərdə tutulub: "Məqsəd həmin ərazilərə giriş-çıxışların sayını məhdudlaşdırmaq və tıxacları azaltmaqdır. Dünya təcrübəsində bu model mövcuddur və adətən "tıxac vergisi" adlanır. "Tıxac vergisi" iri şəhərlərin mərkəzi və ya sıx hərəkətli hissələrinə avtomobillə girişə görə tətbiq olunan ödənişdir. Bu verginin məqsədi nəqliyyat sıxlığını azaldaraq sürücüləri alternativ yollar və ya ictimai nəqliyyata yönəltmək, avtomobil sayının azalması ilə havaya atılan tullantıları azaltmaq və şəhər nəqliyyatını tənzimləməkdir. Əsasən şəhərin mərkəzi zonaları ödənişli elan olunur. Ödəniş etməyənlər cərimələnir. Bunun əsas mahiyyəti odur ki, işi olmayan və alternativ marşrutlardan istifadə edə biləcək sürücülər mərkəzi zonalara daxil olmasın, bunun nəticəsində də orada yaşayan və işləyən insanların hərəkəti rahatlaşsın. Bu yolla sıxlığın qarşısı alınır".
"Giriş haqqının beş manat ola biləcəyi ehtimal olunur"
Ödənişin məbləğinə gəldikdə isə mütəxəssis qeyd edir ki, giriş haqqının beş manat olacağı ehtimal edilir: "Ödəniş məbləği hələ dəqiqləşməyib. Çünki monitorinq aparılmalı, sosial və iqtisadi təsirlər qiymətləndirilməlidir. Bundan sonra dəqiq rəqəm elan ediləcək. Amma təxminən giriş haqqının beş manat civarında ola biləcəyi ehtimal olunur".

Bəs dünya təcrübəsi necədir?
Böyük şəhərlərdə "ödənişli zonalar" artıq uzun müddətdir tətbiq olunur. Məsələn, Londonda 2003-cü ildən etibarən mərkəzi zonaya giriş üçün "congestion charge" (tıxac vergisi) tətbiq edilir. Hazırda bu ödəniş gündəlik 15 funt (təxmini 35 manat) təşkil edir. Məqsəd sıxlığı azaltmaq və ictimai nəqliyyata tələbatı artırmaqdır.
İsveç paytaxtı Stokholmda 2007-ci ildən bəri oxşar sistem mövcuddur. Giriş haqqı günün saatından asılı olaraq dəyişir, pik saatlarda daha yüksək olur.
Bu sistem Sinqapurda 1975-ci ildə tətbiq olunub. Bu gün ERP adlı elektron sistemlə idarə olunur və tariflər real vaxt rejimində sıxlığa uyğun tənzimlənir.
Bu modelin əsas məqsədi şəhər mərkəzlərində avtomobil yükünü azaltmaq, hava çirklənməsini minimuma endirmək və ictimai nəqliyyatdan istifadəyə stimul verməkdir.

Bu gün, 16:00
İrəvanın yeni cığallığı: 42 kilometri də biz tikəcəyiksə...
Bu gün, 15:30
Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir
Bu gün, 14:22
Bu ölkələrdən idxal məhdudlaşdırıldı
Bu gün, 13:10
Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim
Bu gün, 13:05
Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı
Bu gün, 13:01
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı yola salındı
Bu gün, 12:24
Prezident: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır
Bu gün, 12:21
Prezidentdən Yaxın Şərq Sülh Sammiti ilə bağlı PAYLAŞIM
Bu gün, 12:01
Əli Əsədov yeni əmr imzaladı
Bu gün, 11:58
Parlament sədrləri İslamabad Bəyannaməsni qəbul etdi
Bu gün, 11:54
İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
Bu gün, 11:02
“Sədərək”dəki insidentlə bağlı - DİN-dən açıqlama
Bu gün, 10:13
Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü - Foto
Bu gün, 09:31
“Wi-Fi” sizi gizlicə izləyə bilər - Xəbərdarlıq
Bu gün, 09:28
Trampla Makronun “qol güləşi” gündəm oldu - Video
Bu gün, 09:24
Moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - Video
Bu gün, 09:22
Rəşad Dağlı vaxtından əvvəl azadlığa çıxa bilər
Bu gün, 09:19
Bu yollarda tıxac var - Siyahı
Bu gün, 09:15
"Sədərək"dəki reklamlar niyə sökülür? - RƏSMİ AÇIQLAMA
Bu gün, 09:11
"Azərbaycan artıq qlobal proseslərin fəal iştirakçısına çevrilib" - AÇIQLAMA
Bu gün, 09:00
Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılacaq
Dünən, 16:00
Sabah yağış yağacaq - PROQNOZ
Dünən, 15:30
Lavrov Bəşər Əsədin Moskvada zəhərlənməsi barədə DANIŞDI
Dünən, 14:14
Misirdə Yaxın Şərq Sülh Sammiti öz işinə başlayır
Dünən, 13:28
Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına - Bu cəza verildi
Dünən, 13:24
“Müharibə başa çatıb”
Dünən, 12:42
Moped sürənlərdən də vəsiqəsi tələb olunacaq