Cavid Hüseynova bəraət istənildi
Idman
Oxunub: 1 436
8 yan 2016 | 10:43
Cavid Hüseynova bəraət istənildi










Vəsatətə 48 saat ərzində baxılacaq

"Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynova bəraət verilməsi üçün onun vəkili Adəm Məmmədov Bakı Şəhər Prokurorluğuna vəsatət təqdim edib.

Azerinfo.az xəbər verir ki, bu barədə "Report"a A.Məmmədov məlumat verib.

Vəkil jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı açılmış cinayət işinə görə həbs edilmiş C.Hüseynova bəraət verilməsini istəyib. A.Məmmədov bildirib ki, Bakı Şəhər Prokurorluğuna təqdim edilən vəsatətə 48 saat ərzində baxılacaq.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, Qəbələ klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və iş Səbail Rayon Məhkəməsinə göndərilib.
Bu gün, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Bu gün, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Bu gün, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Bu gün, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Bu gün, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Bu gün, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Bu gün, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Bu gün, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Bu gün, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Bu gün, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Dünən, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Dünən, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Dünən, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Dünən, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dünən, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Dünən, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Dünən, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Dünən, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Dünən, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Dünən, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Dünən, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Dünən, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Dünən, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Dünən, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Dünən, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Dünən, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?