Gəncəli güləşçilər Şamaxıdan qızıl medallarla dönüblər
Idman
Oxunub: 1 517
8 okt 2015 | 14:29
Şamaxı Olimpiya İdman Kompleksində ölkəmizə bağlılığı ilə tanınan sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin 55 illik yubileyinə həsr olunan turnir keçirilib.
Gəncəli güləşçilər Şamaxıdan qızıl medallarla dönüblər
Üçüncü dəfə təşkil olunan Respublika yarışında Gəncə güləşçiləri də qüvvəsini sınayıb. 42 komandanın tərkibində 400 idmançının çıxış etdiyi turnirdə iştirakçılar 13 çəki dərəcəsində mübarizə aparıb. Yarışa Nizami Yurdundan qatılan 2 saylı Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən 35 kq-da Cabbar Məmmədzadə və 38 kq-da İlkin Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cabbar Məmmədzadə- yarışın qalibi: "Həlledici görüşdə Şəmkir idmançısına qarşı mübarizə apardım. Güclü olan rəqibimlə daha əvvəl bir neçə dəfə üz-üzə gəlmişdik və qələbə qazanmışdım. Onunla görüşümüz bu dəfə də çətin oldu, ancaq yenə bacarığımı ortaya qoyaraq rəqibimi məğlub etdim".

İlkin Məmmədov - yarışın qalibi: "Bu yarışa çox ciddi hazırlaşmışdım. 5 rəqiblə güləşdim, çətin olmasına baxmayaraq qalib gəlməyi bacardım. Finaldakı rəqibim mənə bir az çətinlik yaratdı, lakin yekunda ona da qalib gələrək turnirin baş mükafatına sahib çıxdım. Məni yarışa yüksək səviyyədə hazırladığına görə, müəllimim Asif Süleymanova təşəkkür edirəm".

Şamaxıdan yüksək nəticələrlə qayıdan hər iki güləşçi bundan öncə də bir sıra yarışların, o cümlədən beynəlxalq və Respublika səviyyəli turnirlərin mükafatçısı olub.

Asif Süleymanov- 2 saylı UGİM-in sərbəst güləş bölməsinin məşqçi-müəllimi: "Yarış çox yüksək səviyyədə keçirildi. Güclü idmançıların çox olmasına baxmayaraq, yetirmələrimiz bizi layiqincə təmsil etdi. Bu turnirə daha əvvəlcədən çox hazırlaşmışdıq. Uşaqlar da mənim və digər məşqçi-müəllimlərin dediklərinə əməl etdilər. Bəzi görüşlərdə çətinlik çəksələr də, onlar bu yarışda öz sözlərini deyə bildilər".

Sonda turnirin qalibləri kubok, medal və fəxri fərmanla təltif olunub.

http://kepeztv.az
Bu gün, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Bu gün, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Bu gün, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Bu gün, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Bu gün, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Bu gün, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Bu gün, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Bu gün, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Bu gün, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Bu gün, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Dünən, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Dünən, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Dünən, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Dünən, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dünən, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Dünən, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Dünən, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Dünən, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Dünən, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Dünən, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Dünən, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Dünən, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Dünən, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Dünən, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Dünən, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Dünən, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?