Tbilisi “Dinamo”su azərbaycanlı azarkeşlərdən UEFA-ya şikayət edəcək
Idman
Oxunub: 1 643
10 iy 2015 | 08:59
Tbilisi “Dinamo”su azərbaycanlı azarkeşlərdən UEFA-ya şikayət edəcək
















FK bəyanat verib

Tbilisi “Dinamo”su dünən Azərbaycanın “Qəbələ” klubu ilə keçirilən matçda baş verən hadisə barədə UEFA-ya xəbər verəcək.

Azerinfo.az “Qruziya-onlayn”a istinadən xəbər verir ki, bu barədə gürcü klubunun icraçı direktoru Nikoloz Caqarkava “Rustavi 2” teleşirkətinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, klub bəyanat verərək öz mövqeyini qeyd edəcək.

O qeyd edib ki, baş verənlər haqqında mütləq UEFA-ya xəbər verəcəklər.

Dünənki matçda Azərbaycan azarkeşləri ingilis və Azərbaycan dillərində “Borchali is ancient Azerbaijan land” (“Borçalı qədim Azərbaycan torpağıdır”), “Sarvan no Marneuli”, “Bostandere No Rustavi” və “Choruk Gemerli! No Bolnisi!” banerləri asıblar.

Qeyd etmək lazımdır ki, polis azarkeşlərdən bu plakatları alıb, amma sonradan bu yazılar yenidən peyda olub.

Azərbaycan KİV-i ikinci taymın əvvəlində Azərbaycan azarkeşlərinin gürcü bayrağını yandırdıqlarını da yazır. Fotohesabatlarda onların bayrağı necə tapdaladıqları görünür.

Qeyd etmək lazımdır ki, Azərbaycan azarkeşlərinin bu hərəkəti, bu komandaların Tbilisi matçındakı baş verən təxribata cavabı idi. O zaman gürcü azarkeşləri “Biz Zaqatala, Qax - 1912-ci ili xatırlayırıq” plakatı asaraq, matçdan sonra Azərbaycan bayrağını tapdalamışdılar.

Azarkeşlər arasında fiziki qarşıdurma da olmuşdu. Gürcü azarkeşləri Azərbaycan azarkeşlərində terroristik təşkilat hesab etdikləri, “Boz qurdlar” təşkilatının bayrağının olması ilə özlərinə bəraət qazandırırlar.
Bu gün, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Bu gün, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Bu gün, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Bu gün, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Bu gün, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Bu gün, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Bu gün, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Bu gün, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Bu gün, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Bu gün, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Dünən, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Dünən, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Dünən, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Dünən, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Dünən, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Dünən, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Dünən, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Dünən, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
Dünən, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Dünən, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Dünən, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Dünən, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Dünən, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Dünən, 10:25
Rusiyada üçgünlük seçkilər başladı
Dünən, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Dünən, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Dünən, 09:42
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?