“Mxitaryan Bakıya gəlsəydi, Azərbaycanın inkişafının şahidi olacaqdı” — Millət vəkili
Idman
Oxunub: 730
22 may 2019 | 17:22
“Mxitaryan Bakıya gəlsəydi, Azərbaycanın inkişafının şahidi olacaqdı” — Millət vəkili













"UEFA Avropa Liqası final matçının Bakıda keçirilməsi böyük hadisədir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi əlbəttə ki, diqqətləri bir daha ölkəmizə tərəf çevirəcək”.
Bunu açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, hər bir ölkə arzu edər ki, belə yarışlar və beynəlxalq tədbirlər onun ərazisində keçirilsin. “

Bu cür tədbirlərin Bakıda keçirilməsinə dair qərarlar Azərbaycan prezidentinin şəxsi nüfuzu sayəsində mümkün olur və UEFA rəhbərliyinin öz mötəbər tədbirini Bakıda keçirməsi bunun daha bir sübutudur".

Deputat əlavə edib ki, ancaq nədənsə xaricdəki anti-Azərbaycan qüvvələr bu cür tədbirlərin əhəmiyyətinə kölgə salmağa çalışırlar:

“Təəssüflər olsun ki, bəzi qüvvələr tərəfindən son illərdə idmandan bir siyasi təzyiq aləti kimi istifadə edilməsinin şahidi oluruq. İdmanın, mədniyyətin sərhəddi olmaz. O baxımdan da idman və mədəniyyət sahəsində keçirilən tədbirləri hansısa bəhanə ilə məkrli planların reallaşdırılması üçün istifadə edilməsi isə yolverilməz haldır. Hətta böhranlar, müharibələr şəraitində belə beynəlxalq tədbirlər, idman yarışları keçirilib. Buna dair yetərincə misallar çəkmək olar”.

Deputat əlavə edib ki, əksinə idman və mədəniyyət tədbirləri dünya ölkələri arasında əlaqələrin yaradılmasında, yaxınlaşmasında müstəna rola malikdir. O baxımdan da idman növlərinin şahı sayılan futbol hər zaman bəşəriyyəti sülhə səsləyir, irqçilik, terrorizim, müharibə kimi qlobal problemlərə qarşı mübarizəyə çağırır. FİFA hər zaman bu tip şüarları nümayiş etdirməklə insanları sözügedən problemlərə qarşı mübarizəyə dəvət edir. Bir sözlə, futbol insanları sülhə dəvət edir. Ancaq tarixdə futbolun qanlı iğtişaşlara hətta müharibələrə səbəb olduğu anlar da olub. 1969-cu ildə iki Latın Amerika ölkəsi El-Salvadorla Honduras milliləri arasında keçirilən oyundan sonra başlamış müharibənin adını çəkə bilərik. Tarixə "Futbol müharibəsi" və ya "100 saatlıq müharibə" adı ilə daxil olan bu savaş 6 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Salvadora uduzan Honduras bu ölkəyə hücum edir və 6 gün qızğın müharibə gedir. Bu müharibə ancaq Amerika dövlətlərinin birgə səyi ilə iyulun 20-də iki ölkə arasında sülh əldə olunur. Baş verən hadisələrdə isə nə az, nə çox iki min insan həlak oldu. Sülhün tərəfdarı olan futbolun isə bu müharibədə heç bir günahı yox idi, ondan sadəcə bəhanə kimi istifadə edilmişdi.
Təəssüflə qeyd etmək lazımdır ki, bu gün də bəzi qüvvələr idmandan məkrli siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edirlər. Belə bir halla bu gün Azərbaycan da üzləşib. UEFA-nın final matçının Bakıda keçirilməsi ərəfəsində Azərbaycanı sevməyən qüvvələr bundan öz siyasi məqsədləri üçün istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirir. Təsəvvür edin, ermənilər İngiltərə komandasında oynayan milliyətcə erməni futbolçu Mxitaryanı Bakıya gəlişinə razılıq verməyib. Guya Azərbaycanda onun həyatına təhlükə var. Ancaq bu ağ yalandır. Ona görə ki, indiyə qədər Azərbaycanda müxtəlif səviyyələrdə idman yarışları keçirilib və ermənilər də iştirak edib. Bundan əlavə digər beynəlxalq tədbirlərdə ermənilər iştirak edib. Heç o zaman onlara “gözün üstə qaşın var deyən” olmayıb. O cümlədən Azərbaycan idmançıları İrəvanda keçirilən beynəlxalq idman yarışlarında iştirak edib.

Digər bir məqamı da çatdırmaq istərdim ki, həmin erməni futbolçunun Bakıya gəlməsi və təhlükəsizliyinin təmin olunması ilə bağlı ən yüksək səviyyədə təminat verilib. Onun burada həyatına hər hansı təhlükə ola bilməzdi. Burada bir məqamı da diqqətə çatdırmaq istərdim ki, onun təhlükəsizliyinə təminat verilməsəydi belə kimsə ona güldən artıq söz deyən olmayacaqdı. Çünki Azərbaycan xalqı sülhsevər bir ölkədir. Əksinə, hesab edirəm ki, biz erməni azarkeşlərin də Bakıya gələrək bu yarışı izləməsini istərdik. Onlar Azərbaycanın inkişafını gözləri ilə görərdilər. Görərdilər ki, bu münaqişədən itirən hansı tərəfdir”.

Deputat onu da bildirib ki, ermənilər özləri qəsdən həmin futbolçunu Azərbaycan buraxmamaqla ölkəmiz haqqında mənfi rəy yaratmağa çalışıblar: “Axı onlar onu da yaxşı anlayır ki, o erməni Mxitaryan Bakıya gəlsəydi Azərbaycanın inkişafının şahidi olcaqdı. O da istər-istəməz burada gördüklərini hansısa formada erməni cəmiyyətinə çatdıracaqdı. Necə ki, belə hallar əvvəllər də olub. Azərbaycanda yarışlarda iştirak edən erməni idmançılar sonradan buradakı inkişaf haqqında müsbət fikirlər səsləndiriblər. Bax, Ermənistanı narahat edən məsələ budur. Ona görə də onu bura qəsdən buraxmayıblar. Daa doğrusu Ermənistan bununla öz yoxsulluğunu, geridə qalan ölkə olduğunu gizlətmək üçün edib. Lakin bu qarayaxma kampaniyası öz nəticsini verməyəcək. Azərbaycan bu mərhələdən də üzüağ çıxacaq və özünü dünyaya sülhsevər, sabit, dünyada insanların, xalqların, ölkələrin mehriban əməkdaşlıq şəraitində yaşamasını bariz şəkildə sübut edəcək. Bundan öncə szərbaycanda keçirilən mədəniyyət və idman yarışları zamanı Azərbaycanı sevməyən qüvvələr tərəfindən başladılan məkrli qarayaxma kampaniyasının şahidləri olmuşuq və xalq olaraq bir olub, bütün bunları dəf etmişik. Bu dəfə də belə olacaq.

Çünki Azərbaycan işğalın, terrorizmin acılarının nə olduğunu yaxşı bilir və anlayır. Ona görə də dünyada sülhün çarçısı kimi çıxış edir. Bunu Prezident İlham Əliyev Bakıda keçirilən sonuncu Beynəlxalq Humanitar Forumda da bir daha Azərbaycanın sülhsevər ölkə olduğunu bəyan edib. Elə Bakıda belə humanitar forumların keçirilməsi bunu göstəricisidir.

Son olaraq qeyd etmək istərdim ki, idmanı siyasi məqsədlər üçün istifadəsindən bir gün özləri əziyyət çəkə bilər. Odur ki,idman, mədəniyyət tədbirlərindən dünyada sülhün, əmim-amanlığın bərpa olunması üçün istifadə edilsə daha yaxşı olar”.
Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq