Prezident mükafatçısından onu görməzdən gələnlərə reaksiya: “Onların “day-dayları” var”

Paralimpiya çempionu, veteran cüdoçu Ramin İbrahimov klubsuz qalıb.
Bu barədə Ramin İbrahimov Unikal.org-a müsahibə verib:
– Ramin bəy, siz qadınlardan ibarət millidə baş məşqçi kimi çalışmırsınız?
– Düzdür, mən paralimpiya cüdosu üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisiyəm. Amma bizim idmançılar hərəsi bir klubu təmsil edir. İdmançı ilə yanaşı məşqçi də bir klubu təmsil etməlidir. Bələ olan halda klub onu maliyyələşdirir, maaş verir.
– Hansı klublara müraciət etmisiniz?
– “Neftçi İdman Klubu”na Dövlət Neft Şirkəti tərəfindən pul ayrılır ki, idmançılar orada çalışsınlar. İdman camiəsinin üzvləri üçün həmin klubda şərait yaradılsın. Düzdür, “Qəbələ” klubu özü maliyyələşən klubdur. Orada da yığmalardan idmançılar var ki, həmin klubu təmsil edir, həmçinin Uşaq Gənclər İdman Məktəblərindəki idmançılar da onlar adına çıxış edirlər .
“Neftçi İdman Klubu”ndan 3 ildir mənə deyiblər ki, sənədlərini yığ gətir. Yığdım apardım, 3 ildir stolun üstündə qalıb. Təhsil Nazirliyi strukturundakı Uşaq Gənclər İdman Məktəbinə müraciət etmişəm. Dedilər sənin kimi Azərbaycanın fəxri olan bir idmançını götürməyib kimi götürəcəm. Amma 1 ildir ki, sənədlərim orada “yatır”.
– Özünüzün yaratdığı idman klubunuz da var.
– Düzdür, klubum var. Amma o rəsmi deyil. Ölkə çempionatları vaxtı klubumun idmançıları üçün hər dəfə fərqli klublara xahiş edirəm ki, onları öz üzvləri kimi qeyd etsinlər. Səbəb də həmin potensiallı idmançıların ortada qalmaması, yarışa çıxması üçündür. Mənim baş məşqçisi olduğum qadınlardan ibarət paracüdo üzrə milli komandanın üzvləri hər biri “Neftçi İdman Klubu”ndadır. Amma mən kənarda qalmışam.
– Sizə nə cavab veriblər və sənədlər niyə hələ də stolun üstündə qalıb?
– Bilmirəm, hamısı deyir guya yer yoxdur. “Neftçi İdman Klubu”nda çoxsayda məşqçi var. Azərbaycan tarixində 7 paralimpiya, 8 olimpiya çempionu var. Onların demək olar ki, hamısı dövlət orqalarında və digər vəzifələrdə çalışırlar. Məşqçi deyillər. Mən isə idmanı seçmişəm. Əgər mənə klubda çalışmağa imkan yaratsala, idman tarixində ilk dəfə paralimpiya çempionu, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun təqaüdçüsü bir məşqçi olacaq. O da olmur. Mənə ağır gələn odur ki, qeyri-peşəkar insanlar, klublarda çalışmağa layiq olmayanlar hansısa yolla, kiminsə hesabına məşqçi düzəlirlər. Bizə isə yer yoxdur. Cənab prezident İlham Əliyev idmançılarımız üçün bu cür gözəl şərait yaradıb, mütəxəssislərin kənarda qalmaması üçün tapşırıqlar verib. Ancaq bəziləri bu tapşırıqları yerinə yetirmir.
– “Neftçi İdman Klubu”nun rəhbərliyindən kiminləsə danışmısınız?
– Əlbəttə, dəfələrlə müraciət etmişik. 3-4 dəfə Milli Paralimpiya Komitəsi adından sənədlərimi də istəyiblər. Ancaq heç bir faydası yoxdur.
“Neftçi İdman Klubu”ndan deyilir gözlə, hələ ki, yer yoxdur. Amma başqaları, idmanda elə böyük naliyyətləri olmayanlara şərait yaradılıb.
Şahidi olmuşam neçə dəfə bəzi şəxslər tərəfindən tapşırılmış insanları məşqçi kimi götürüblər. Onlar da məndən qat-qat aşağı titullu, naliyətləri çox aşağı olan şəxslərdir. Onların “day-dayları” var. Yer yoxdursa, onları necə qəbul edirlər?
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI