“Azərbaycan real qol şansı yarada bilmədi” – Litva millisinin baş məşqçisi

“Mübarizəli oyun getdi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Oyuna ciddi hazırlaşmışdıq”.
Qafqazinfo xəbər verir ki, bu sözləri oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən 51 yaşlı Litva milli komandasının baş məşqçisi Valdas Urbonas deyib:
“Daha çox müdafiə planında fəaliyyətimiz məni narahat edirdi. Ancaq rəqibin təzyiqinə tab gətirə bildik. Birinci hissədə yaxşı oynadıq, ikinci hissədə isə Azərbaycan yaxşı oyun sərgilədi. Ancaq rəqib komanda real qol şansı yarada bilmədi. Nəticə oyuna görə oldu. Ümumilikdə komandanın oyunundan razı qaldım”.
– Yəqin ki, razılığınız qol buraxmadığınıza görədir.
– Azərbaycan güclü, texnikalı futbolçulardan təşkil olunub. Belə komanda ilə oyunda müdafiəyə diqqət yetirmək vacibdir. İlk hissədə pressinq sayəsində buna imkan verməməyə çalışdıq. Əlbəttə, biz də hücumlar qurmaq istəyirdik.
– Bu görüşdən əvvəl Lüksemburqa məğlub olmuşdunuz. Sizcə, hansı komanda daha güclüdür?
– Bu iki oyunu müqayisə etmək istəmirəm. Biri rəsmi, biri yoxlama matçı idi. O qədər də uğurlu təqvim deyildi. Daha yaxşı olardı ki, əvvəlcə yoldaşlıq oyunu keçirərdik. Azərbaycan millisi Xorvatiyaya qarşı yaxşı oyun sərgiləmişdi. Həmin matçda müdafiədən çıxış etdilər, bu gün isə topa yiyələndilər. Top səndə olanda daha çox yaradıcılıq olur. Bu oyunlardan qalibiyyətlə ayrılmaq istəyirdim.
– Azərbaycan millisinin güclü tərəflərini dediniz, bəs zəif cəhətləri hansı idi?
– Mən gördüklərimi demişəm. Azərbaycan millisinin yaxşı futbolçuları var. Amma komandanın oyununu təhlil etmək düzgün olmaz. Bu gün bir daha əmin oldum ki, komandanın təcrübəli futbolçuları var. Qarşılaşma üçün Azərbaycan milli komandasına təşəkkür edirəm.
Qeyd edək ki, Litva yığması yoldaşlıq oyunları çərçivəsində səfərdə millimizlə qolsuz heç-heçə edib
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI