"Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov

"Bizim üçün önəmli matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün faydalı oldu".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib.
Yakub Jezniçakın zədəsi ciddidir?
- Deyilənə görə, çox ciddi deyil. Sabah baxılandan sonra bəlli olacaq. Yəqin 3-5 gün kənarda qalacaq.
Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz?
- Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar.
Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?
- Hər hansı fikir söyləməyim düzgün olmaz. Təcrübəli məşqçidir, ən doğrusun etməyə çalışıb.
Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi...
- Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. "Qarabağ"da həmin mövqedə çıxış edir.
Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?
- Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib ki, cari mövsümdə "Neftçi" Azərbaycan çempionu olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.
Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir...
- Çətin olacaq. Çünki rəqib qalib gəlməyə çalışacaq. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI