Millimizin yeni baş məşqçisi maaşı barədə danışdı
Idman
Oxunub: 927
6 mar 2019 | 09:49
Millimizin yeni baş məşqçisi maaşı barədə danışdı















AFFA-nın Növbəti 26-cı Konfransından sonra Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç sualları cavablandırıb. Xorvatiyalı mütəxəssis əvvəlcə toplantı barədə danışıb:

– Konfrans fantastik alındı. Fikrimcə, AFFA tədbiri yüksək səviyyədə keçirdi. Milli Assosiasiya Bakıda keçiriləcək Avropa Liqasının final oyununa da yüksək səviyyədə hazırlaşır. Bu konfransı Avropada keçirilən tədbirlərlə müqayisə etmək olar. Hər şey ən yüksək səviyyədə idi.
– Xorvatiya millisinə qarşı keçirəcəyiniz görüşlə bağlı nə deyə bilərsiniz?
– Bu bizim üçün çox çətin görüş olacaq. Deyə bilərik ki, Xorvatiya dünyanın ən güclü 2-ci milli komandasıdır. Buna baxmayaraq, bizim də yaxşı komandamız var. Mən Azərbaycan Premyer Liqasının matçlarını izlədim, oyunçularımızın performansını bəyəndim. Əlbəttə, Xorvatiya bu görüşün favoritidir. Əlimizdən gələn hər şeyi edəcəyik ki, onlara qarşı yaxşı oyun göstərək. Bu görüşdə müsbət nəticə göstərəcəyimizə ümid edirik.
– Oyunun hazırlıq prosesinə nə zaman başlayacaqsınız?
– Premyer Liqada 15-16 martda keçiriləcək XXI tur matçlarından sonra təlim-məşq toplanışı üçün bir araya gələcəyik. Bizim çox az vaxtımız olacaq. Çünki çempionatda fasiləyədək son oyun şənbə günü olacaq, bundan 5 gün sonra – cümə axşamı biz Xorvatiya millisinə qarşı oynayacağıq. Vaxtımız çox az olacaq, amma bu toplanış bizim üçün çox önəmlidir. Vaxt məhdudluğu səbəbindən məşqlərimizin sayı da az olacaq. Ona görə də bacardıqca yaxşı və sürətli şəkildə bu görüşə hazırlaşmağa çalışacağıq.
– Tədbirdən öncə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qurban Qurbanovla söhbətinizdə hansı məsələləri müzakirə etdiniz?
– Qurban Qurbanov çox uğurlu baş məşçidir. O, “Qarabağ” komandası ilə xeyli nailiyyətlər əldə edib. Komandası ilə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb, Azərbaycan Premyer Liqasında çempionluqlar yaşayıb. Həmçinin o, məndən əvvəl milli komandanın baş məşqçisi olub. Bilirik ki, hazırda futbol necə çətindir. Ona görə də məşqçilər bəzən uğurlu, bəzən isə uğursuz olurlar. Biz onunla Azərbaycan futbolu barədə danışdıq. Bəzi kiçik müzakirələr apardıq.
– Sizinlə müqavilə artıq rəsmən bağlanılıb?
– Bəli, hər şey artıq bitib və yolundadır. Biz müqaviləni keçən həftə imzalamışıq. Müddəti 1+2 illik nəzərdə tutulub. Seçmə mərhələnin oyunları başa çatdıqdan sonra rəhbərliklə müqavilə və gələcək barədə yenidən danışacağıq.
– Milli komandada illik 300 min avro maaş alacağınıza dair Xorvatiya mətbuatının yazdıqları nə dərəcədə həqiqətə uyğundur?
– Biz işin maliyyə tərəfi ilə bağlı 5 dəqiqədən bir az artıq danışmışıq. Sadəcə, detallar barədə söhbətimiz olub. Mən bu barədə sizə heç nə deyə bilmərəm. (Report.az)
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu