Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək – AFİŞA
Idman
Oxunub: 923
12 fev 2019 | 10:08
Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək – AFİŞA














Bu gün UEFA Çempionlar Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start veriləcək.

“Report” xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyunları iki həftəni əhatə edəcək. Bu raunddan etibarən qitənin ən nüfuzlu klub turnirində videotəkrar (VAR) sistemindən istifadə olunacaq.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Günün maraqla gözlənilən oyunu İngiltərədə təşkil olunacaq. “Mançester Yunayted” Fransanın PSJ komandasının müqavimətini qırmağa çalışacaq.

Bu İngiltərə təmsilçisinin baş məşqçi Ule Qunnar Sulşerin rəhbərliyi altında ilk Çempionlar Liqası oyunu olacaq.

Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tuxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edison Kavani və Neymar zədə səbəbindən bu oyunu buraxacaq. Meydan sahiblərində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcək. Komandalar arasındakı Parisdə keçiriləcək cavab matçı martın 6-da olacaq.

Günün digər görüşü isə İtaliyada keçiriləcək. “Roma” Portuqaliyanın “Portu” kollektivini sınağa çəkəcək. Ötən mövsüm yarımfinal mərhələsinə kimi yüksələn italyanlar bu uğurun əbəs yerə olmadığını sübut etmək niyyətindədir. Portuqaliya çempionatının lideri isə cavab matçı öncəsi sərfəli nəticə qazanmağa cəhd göstərəcək. Meydan sahiblərinin heyətində türkiyəli oyunçu Cengiz Ünder və Dieqo Perotti bu oyunu buraxacaq. Qonarlarda isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Cavab oyunu martın 6-da təşkil olunacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyunlar çərçivəsindəki iki oyunu sabah keçiriləcək. Növbəti 4 oyun isə fevralın 19-20-də baş tutacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

12 fevral

00:00. “Roma” (İtaliya) – “Porto” (Portuqaliya)
00:00. “Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa)
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI