Amerikanın azərbaycanlı çempionu… – FOTO

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa belə nüfuz sahibi, dəyərli insan olacaq…
Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər döğma Azərbaycanın da adını zirvələrə ucaldıb, bayrağına bürünüb onu amerikalılara, dünyaya tanıtmağa çalışıb…
İdmançı əzmkarlığı ilə ruhdan düşmədən qələbəyə can atan bu soydaşımız 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb…
Haqqında söhbət açdığım Elgün Xanoğlanlı Nyu York şəhərində yaşayır. “Bruklin MMA” idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir…
Elgün gənc olduğundan tərcümeyi-halı elə də uzun deyil. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub…
2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda “Şüa” idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
2012-ci ildə ordudan təxris olunduqdan sonra “Budo döyüş növləri federasiyası”nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə dünya çempionu tituluna yiyələnib. Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində- İtalya, İran, Türkiyə, Estoniya, Belarusiya, Gürcüstan, Şimali Kipr Azərbaycanı ləyaqətlə təmsil edib…
2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq Dünya kubokuna sahib çıxıb.
ABŞ-a gələndən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq Amerika çempionu titulunu əldə edib…
Bu şən, gülərüz, həm də sağlam düşüncəsiylə adamı özünə məftun edən gənc soydaşımızla tanışlığımıza çox sevindim. Onunla eyni xalqın oğlu olduğumuzdan qürur hissi keçirdim. Bəli, idmançılar dünyanın ən xoşbəxt insanlarıdır. Təmsil etdikləri ölkənin bayrağını yüksəltməyə daha çox şansları var…
…Deyir ki, çoxları Amerikaya qazanc, rahat həyat dalıyca gəliblər: “Səhərdən axşamadək işləmək, çox pul qazanmaq istəyirlər. Mənim məqsədim, daha çox məşq etmək, yarışlarda zəfər qazanmaqdır. Ən böyük arzum isə, dünyanın ən güclü idmançılarının daxil olduğu UFC təşkilatına ilk azərbaycanlı kimi üzv olmaqdan ibarətdir. Azərbaycan bayrağının zirvələrə yüksəlməsi üçün bütün ömrümü qurban verməyə hazıram”…(modern.az)

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI