Məmurlarla jurnalistlər futbol oynadı

Bu gün dövlət qulluqçuları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İlə həsr olunmuş futbol matçı keçirilib.
Trend-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatlarından ibarət olan komanda ilə jurnalistlərdən ibarət olan komanda qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oyundan sonra jurnalistlərə bildirib ki, bu gün -24 dekabr Prezident İlham Əliyevin ad günüdür.
“Stadionda gözəl əhval ruhiyyə var. Milli Məclisin Gənclər və İdman Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistləri Birliyinin, “Neftçi” veteranlar klubunun nümayəndələri, jurnalistlər bu gün bura yığışmışık ki, bir dostluq görüşü həyata keçirək. Gördüyünüz kimi, çox yaxşı, mehriban, münasibət var. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı çox yüksək səviyyədədir. Biz çox şadıq ki, bizim jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, Diaspor Komitəsinin də bütün tərkibi burda iştirak edir. Futbol meydançasında bizi izləyirlər. Son 20 ilə yaxın, xüsusilə də son 15 ildə həyata keçirilən islahatlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qabaqdan bizim böyük uğurlarımız gəlir”.
Komitə sədri bildirib ki, yaxın zamanlarda möhtərəm cənab Prezidentin başçılığı altında belə oyunları Şuşada, Laçında, Kəlbəcərdə, Dağlıq Qarabağda həyata keçirəcəyik:
“Hamımız birlikdə bu gözəl bayramları orada qeyd edəcəyik. Bir daha böyük diqqətə görə, ictimaiyyətə, jurnalistlərimizə, veteranlarımıza təşəkkürümü bildirmək istiyirəm”.
“Bu gün də dövlət qulluqçuları və jurnalistlər arasında dostluq görüşü keçirilir. Bu dostluq görüşünün əsas məqsədi gəncləri sağlam həyat tərzinə çağırmaqdır. Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana, gənclər siyasətinə xüsusi diqqət ayırır, önəm verir.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev jurnalistlərə bildirib ki, ənənəvi olaraq hər zaman belə futbol yarışları təşkil edilir:
“Ölkəmizin başçısı hər zaman qeyd edir ki, Azərbaycan gənclərinin sağlam, bilikli, savadlı, peşəkar olması bizim əsas məqsədlərimizdəndir. Ölkəmizdə bu istiqamətdə də çox böyük işlər görülür, dövlət səviyyəsində tədbirlər keçirilir. Biz hər zaman ölkəmizin başçısının siyasətini dəstəkləyirik. Bu gündə o dəstəyi nümayiş etdirərək gənclərimizə sağlam həyat tərzinə dəvət edirik”.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman ad günlərini sadə insanlar arasında keçirib:
“Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq. Bu dostluq görüşünün əsas məqsədi gəncləri sağlam həyat tərzinə çağırmaqdır. Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana, gənclər siyasətinə xüsusi diqqət ayırır, önəm verir”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI