"Böhran yorğunluqdan irəli gəlir" — Qurban Qurbanov
Idman
Oxunub: 790
1 noy 2018 | 12:30
"Böhran yorğunluqdan irəli gəlir" — Qurban Qurbanov














“Qələbə üçün gəlmişdik, alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Maksim məşqdə zədələnmişdi, Donald da zədəli idi. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Tərlan Əhmədova da qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
"Report məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının VII turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Maksim Medvedev, Donald Gerye və Ansi Aqollinin durumu nə yerdədir?

- Aqollinin “Vorskla” ilə matça yetişmək ehtimalı azdır. Onlarla ilk oyunda zədələnmişdi. Maksimlə bağlı dəqiq məlumat verə bilməyəcəyəm. Boyun nahiyəsindən zədə aldı. Gerye isə ən pis halda “Vorskla” ilə görüşə hazır olacaq.

Jezniçak sol cinahda başlasa da, Rəşad Sadıqovla matçın gedişində yerini dəyişdi. Bu, nədən qaynaqlanırdı?

- Sol cinahda hücumlarımız fərqli idi. Rəşadı irəli çıxdığı üçün ora keçirdik. Həm Rahil Məmmədli, həm Rəşad, həm də Jezniçak yaxşı çıxış etdi.

Yorğunluğun böhrana gətirib çıxarmasından qorxmursunuz?
- Böhran onsuz da yorğunluqdan irəli gəlir. Əvvəllər də belə vəziyyətlə rastlaşmışıq. Amma məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq. Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.

Son dəqiqələrdə iki əvəzləmə etdiniz. Ancaq tablodakı problemə görə əvəzləmə yubandı. İtirilən vaxta görə, buna dəyərdimi?

- 79-cu dəqiqədə əvəzləmə olmalı idi. Hakimlər tabloda rəqəmləri yazırdılar. Qoldan dərhal sonra əvəzləmə etmək istədim. Bir dəqiqədən çox yubandı.

Tərlan Əhmədov dördlü müdafiə oynatması ilə tanınır. Bu dəfə beşli müdafiə ilə oynamaları sizin üçün gözlənilməz olmadı?

- Gözlənilməz olmadı, amma bunu az ehtimal edirdim. Paltardəyişmə otağında bunu gördük. “Keşlə” ötən illərdə də bu sistemdən ən yaxşı yararlanan komandalardan biri olub. Belə sistemə qarşı oynamışıq. Öz oyunumuzu daha da yaxşılaşdırsaq, istənilən sistemə qarşı oynaya bilərik.

Qarşıdakı turda “Sumqayıt”la qarşılaşacaqsınız. Onlara qarşı daha da çətin olacağını düşünmürsüz?

- Ola bilər. İlk oyunda da belə olmuşdu. Oyunlar gərgin, çətin keçir. Futbolçularıma yorulmaq barədə düşünməyi yaxın qoymayacağam. Yorğunluq olsa da, belə matçlara özümüzü hazırlamalı və daha aqressiv çıxış etməliyik. “Sumqayıt”ın oyunçularının fərdi bacarıqlarına görə, maraqlı oyun olacaq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI