Erməni ilə döyüşə hazırlaşan Əzizov: Qəfəsdə müharibə olacaq
Idman
Oxunub: 682
28 okt 2018 | 11:00
Erməni ilə döyüşə hazırlaşan Əzizov: Qəfəsdə müharibə olacaq















Noyabrın 17-də Lvovda (Ukrayna) azərbaycanlı Həsən Əzizovla erməni Lyudvik Şolinyan arasında MMA qaydaları ilə döyüş keçiriləcək.
Məlum səbəblərə görə qarşıdakı döyüş hər iki idmançı üçün prinsipial əhəmiyyət daşıyır

Həsən Əzizov MMA qaydaları ilə altı döyüş keçirib ki, bunlardan dördündə qalib gəlib, ikisində məğlub olub. Öz növbəsində Şilinyan keçirdiyi 4 görüşdən 3-ündə qələbə qazanıb, birində isə heç-heçə edib.

“Ölkə.Az” xəbər verir ki, Media.Az-a müsahibəsində azərbaycanlı döyüşçü Həsən Əzizov özü və qarşıdakı döyüş haqqında danışıb:

– 1996-cı ildə ilk dəfə cüdoya yazılmışam, 10 il sonra isə qarışıq döyüş növlərinə keçmişəm.

MMA-ya gələcək məşqçim Azad Əsgərovun döyüşünü gördükdən sonra keçmək qərarına gəldim. Azad Əsgərov hazırda Azərbaycan Pankration Qrapplinq və MMA Federasiyasının prezidentidir. Sonra onunla tanış oldum, öyrəndim ki, o da məşqçilik edir və onun yanında məşq etməyə başladım. İkinci məşqimdə o, mənə həvəskarlar arasında dünya çempionatında iştirakı təklif etdi.

Əvvəlcə məğlub olurdum, sonra isə qələbə qazanmağa başladım. 2007-ci ildə Qazaxıstanda keçirilən peşəkar MMA üzrə beynəlxalq turnirdə qələbə qazandım. Həmin il Kiyevdə keçirilən müxtəlif peşəkar turnirlərdə Azərbaycan bayrağı altında çıxış etdim.Erməni ilə döyüşə hazırlaşan Əzizov: Qəfəsdə müharibə olacaq

– Niyə görə Ukraynaya getməyi qərara aldınız?

– O zaman Azərbaycanda MMA heç cür dəstəklənmirdi. Misal üçün, Qazaxıstandakı qələbəyə görə mənə mükafat kimi televizor verdilər və mən həmin televizoru satıb, özümə yol pulu etdim.

Kiyevə gedən zaman bir müddət MMA ilə məşğul olmadım, sonra isə Fyodor Yemelyanenko ilə tanış oldum. Tanışlıq təsadüfi idi. Mən həmçinin “M-1 Challenge”in prezidenti Dmitri Xristyukla da tanış oldum. O, mənə məşqçilik fəaliyyəti ilə məşğul olmağı və idman karyeramı davam etdirməyi təklif etdi. Kiyevdə mənə müəyyən vəsaitlər verildi və “Güclü millət” adlı pulsuz uşaq-idman məktəbini açdım. Daha bir zalımız Odessada fəaliyyətə başladı, ancaq o, ödənişlidir.

Bu il ailə vəziyyətimlə bağlı yenidən vətənə qayıtdım. Hazırda Azərbaycanda yaxşı MMA məktəbi var. Döyüşçülər Ruslan Əfəndiyevin rəhbərliyi altında məşq edirlər.

– Qarşıdakı rəqibiniz haqqında nələr məlumdur?

– Bilirəm ki, o, bir dəfə də olsun məğlub olmayıb. Təxminən bir həftə əvvəl o, 4-cü qələbəsini qazanıb. Parterdə rəqibini məğlub etməyi xoşlayır. Yeri gəlmişkən, o, bu döyüşdə Ukraynanı təmsil edəcək, ancaq bütün müsahibələrində erməni əsilli olduğunu qeyd edir.

Erməni ilə döyüşə hazırlaşan Əzizov: Qəfəsdə müharibə olacaqGörüş ermənilərin çox yaşadığı Lvovda keçiriləcək. Əminəm ki, o, burada çoxlu dəstək qazanacaq. Yeri gəlmişkən,bir neçə il əvvəl karateçimiz Lvovda ermənini məğlub etdi və döyüşdən dərhal sonra böyük dava oldu. Bundan başqa, ermənilər növbəti gün azərbaycanlılara məxsus mağazalara hücum edərək, şəhərdə iğtişaşlar törətdilər.

Eyni zamanda, mən Lvovda dəstəksiz qalmayacam. Döyüşü Ukraynadakı Azərbaycanlılar konqresinin rəhbəri Rövşən Tağıyev də izləyəcək. Bundan başqa, yerli azərbaycanlıların dəstəyinə ümid edirəm.

– Zalda çoxlu sayda erməninin olması sizi çaşdırmayacaq?

– Əlbəttə ki, onun məğlubiyyəti zamanı zalda hər şey ola bilər. Hər halda, ümid edirəm ki, belə olmayacaq. Əminəm ki, qəfəsdə biz özümüzü yaxşı aparacağıq. Sözsüz ki, qəfəsdə qaydalı müharibə olacaq. Mən sona qədər döyüşəcəm.



– Siz dediniz ki, erməni döyüşçü görüşü parterdə keçirməyə üstünlük verir. Siz döyüşdə özünüzü necə hiss edirsiz?

– Öz döyüş strategiyamı açıqlamaq istəmirəm. Amma deyə bilərəm ki, peşəkar MMA üzrə o, mənim səviyyəmdə olan idmançı ilə görüşməyib. Mən həmçinin, “birinci mərtəbədə” də yaxşı işləyirəm, ancaq ona qarşı riskə getməyəcəm.

– Qarşıdakı görüşün, yəqin ki, sizin üçün xüsusi əhəmiyyəti var?

– Tamamilə doğrudur. Bu vaxta kimi heç bir döyüşə bu qədər əhəmiyyət verməmişəm. Başa düşürəm ki, mənə böyük ümidlər var və üzərimə böyük məsuliyyət düşür. Mən azərbaycanlıyam, o isə ermənidir, ona görə sona qədər döyüşəcəyik. Və hətta bizlərdən kiminsə sınığı olsa, döyüşü dayandırmayacağıq.

– 38 yaşınız var. MMA üçün sanballı yaş deyil?

– Bilirsiniz, hisslər başa çatmayıb deyə, xeyr. Əlbəttə ki, yaşı nəzərə alaraq, məşqlərimizə fikir veririk. Misal üçün, keçən həftədən başlayaraq, həftədə 11 dəfə deyil, 8 dəfə məşq edirəm. Daha çox istirahət edirəm. Ancaq üstünlükləri də var.

Hazırda MMA-da döyüşlərini yüksək səviyyədə davam etdirən kifayət qədər yaşlı idmançılar var. Fyodor Yemelyanenkonun hazırda 42 yaşı var və o, döyüşlərini davam etdirir.

Əlbəttə, yaş fərqi hiss olunur. Əgər Qazaxıstandakı beynəlxalq turnirdə qələbə qazanan 27 yaşlı Həsən Əzizovla döyüşə bilsəydim, onu elə ilk raundda məğlub edərdim.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”