“Qarabağ” Avroliqada 3-cü məğlubiyyətini aldı
Idman
Oxunub: 806
26 okt 2018 | 09:30
“Qarabağ” Avroliqada 3-cü məğlubiyyətini aldı















“Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin III turunda Ukrayna “Vorskla”sını qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 48-ci dəqiqədə Vladislav Kulaç imza atıb.
Bu, poltavalıların Azərbaycan komandaları ilə ilk dueli olub. “Qarabağ” isə 2014/15 mövsümündə Avropa Liqasında “Dnepr”lə eyni qrupa düşüb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən “köhlən atlar”, evdə 1:2 hesabı ilə məğlub olublar.
Cari mövsümdə E qrupunda yer alan Ağdam və Poltava təmsilçiləri ilk iki görüşdə yenilib. “Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla bərabər, qol da vurmayıb. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Qarabağ” bu oyunda da qol və xal hesabını aça bilməyib. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra, doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsa da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzub – 1:2.
Qurbanovun komandası indiyə qədər Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 11 oyundan 2-də qalib gəldiyi halda, 5-də uduzub. Ağdamlılar Bakıdakı son 9 avrokubok matçından 2-də qalib gəlib. Üstəlik, son 6 ev oyununda qələbə qazanmayıb. Bunlardan 4-də uduzan “Qarabağ”, ötən mövsüm Çempionlar Liqasında İspaniya “Atletiko”su ilə qolsuz bərabərə qalıb.
Avropa Liqası
Qrup mərhələsi
III tur, E qrupu
25 oktyabr
Qarabağ (Azərbaycan) – Vorskla (Ukrayna) 0:1
Qol: Vladislav Kulaç, 48.
Qarabağ: 13. Vagner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 9. Аraz Abdullayev, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Vorskla: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoeç, 44. Ardin Dalku, 82. Pavel Rebenok.
Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artem Qabelok, 9. Mixail Serqiyçuk, 13. Maryan Mısik, 14. Nikolas Kareka, 19. Vladimir Odaryuk, 33. Aleksandr Çijov.
Baş məşqçi: Vasili Saçko.
Hakimlər: Roy Raynşrayber, Danni Krasiku, David Elias Bitton, Amihay Yehoşua Mozes (İsrail).
Əlavə köməkçi hakimlər: Alon Yefet, Daniel Bar Natan (İsrail).
Hakim-inspektor: Sergey Zuyev (Rusiya).
UEFA nümayəndəsi: Kazimirj Olesjek (Polşa).
Bakı Olimpiya Stadionu.
1.

Arsenal
2

2

0

0

7:2

6

2.

Sportinq
2

2

0

0

4:1

6

3.

Vorskla
2

0

0

2

3:6

0

4.

Qarabağ
2

0

0

2

0:5

0
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI