"Bizim ən böyük problemimiz budur" - MÜSAHİBƏ
Idman
Oxunub: 875
13 okt 2018 | 15:49
"Bizim ən böyük problemimiz budur" - MÜSAHİBƏ














"Bizi çətin oyun gözləyir. Bu seçmə mərhələdə istədiyimiz nəticəni qazana bilmədik. Buna baxmayaraq, oyuna çıxıb yaxşı nəticə əldə etmək istəyirik"

"Report" xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov Norveçlə səfərdə keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Səfər planınız necədir?

- Biz federasiyadan xahiş etdik ki, səfərə biraz tez yollanaq. Çətin səfərdir, yorğunluq olacaq. Ona görə də oktyabrın 13-ü səfərə gedəcəyik, Norveçdə 2 dəfə məşq etmək imkanımız olacaq.

- Norveçlə ilk oyunda bacara bilməmişdik. Bəs bu matçda nəyə ümid etməliyik?

- İlk oyunu izləyib səhvlərimizi nəzərdən keçirmişik. İlk görüşün ikinci hissəsində 5 dəqiqədə etdiyimiz səhvlərə görə məğlub olduq. Çalışacağıq ki, həmin səhvləri təkrarlamayaq. Rəqibə öz oyununu göstərməyə icazə vermək istəmirik. Bir neçə gənc futbolçumuz da görüşdə iştirak edəcək. Mənim üçün ən vacib amil budur.

- Legioner olan futbolçularımızın əksəriyyəti öz klublarında mütəmadi çıxış etmirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bu məsələ məni çox narahat edir. Bizim ən böyük problemimiz budur. Oyunçuların özlərinə də deyirəm ki, oynaya biləcəkləri kluba keçsinlər və ya baş məşqçiləri ilə danışıb, oyun vaxtı əldə etsinlər. Çünki yaxşı nəticələr əldə etmək üçün oyunçularımızın oyun praktikası və fiziki vəziyyəti yaxşı olmalıdır.


- Norveçlə görüş qrupdakı yerimiz cəhətdən heç nə həll etmir. Oyunçulara motivasiya verirsiz?

- Bütün futbolçular millinin adını təmsil edəcəklər. Milli formanı geyinməyin özü artıq motivasiyadır. Meydana çıxıb mübarizə aparmaq lazımdır. Əsas milli komandanın baş məşqçisi Qurban Qurbanov da məşqlərimizi və görüşlərimizi izləyir. Bəzi oyunçular haqda detallı məlumat alır. Bunu oyunçuların özləri də bilir. Daha yaxşı oynayıb əsas milliyə dəvət almalıdırlar. Onlar üçün bundan böyük fürsət ola bilməz. Hər bir oyun onlar üçün şansdır. Artıq bir neçə oyunçumuz üçün bu U-21-də son oyundur. Növbəti mərhələdə bizə yeni futbolçular qoşulacaq. Noyabr ayında Ukraynanın U-21 millisi ilə yoldaşlıq görüşümüz olacaq. Çox güclü komandadır. Həmin oyunda artıq yeni futbolçular iştirak edəcək.

- Renat Dadaşov nə üçün milliyə çağrılmayıb?

- Dadaşov mənim ilkin siyahımda var idi. Sonra siyahıdan çıxardım. Bu qətiyyən “like” məsələsi ilə bağlı deyil. Renat legioner həyatı yaşayır və onunla danışdım mənə dedi ki, klubunun oktyabrın 14-ü və 19-da oyunu var. Komandasında qalıb, oyunlarda iştirak etmək istədiyini bildirdi. Klubunda daha da qalıb möhkəmlənmək istəyir. Ona görə bir müddət ona fasilə verdim.

- Rahil Məmmədovun əsas millidəki oyunu sizi qabe etdi?

- Onun ilk rəsmi oyunu olduğunu nəzərə alsaq, deyə bilərəm ki, məni qane etdi. Həm də bu oyunda komandanın üzərində böyük təzyiq var idi. Rahil də gənc oyunçudur, düşünürəm ki, dünən yaxşı çıxış etdi.

- Barış Ekincieri əsas oyunçularından biri kimi gördüyünü bildirmişdiniz. Türkiyənin də onu milli komandaya dəvət etmək etimalını nəzərə alsaq, onu necə əldə saxlamağı düşünürsünüz?

- Barış çox bəyəndiyim futbolçudur. Özü ilə də danışmışam, Azərbaycan millisində çıxış etmək istəyir. Amma Barış kimi bir neçə oyunçunun da digər millilərdən təklif almaq ehtimalı var. Çalışırıq ki, münasibət quraq və millimizi seçməyinə yardım edək.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI