Heydər Əliyevə verilən siyahıya onun adını daxil etməmişdilər” - Şəhriyarın əmisi

Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarovun sponsoru olmadığına görəyarışlara öz pulu hesabına getdiyi, artıq yorulduğu haqda ötən gün açıqladığı fikirlərinə əmisi də dəstək verib.
Modern.az-ın məlumatına görə, şahmatçının əmisi, tanınmış həkim Məmmədyar Məmmədyarlı sosial şəbəkədəki statusunda bildirib ki, Şəhriyar onillərdi dünya cəbhəsində şahımızı müdafiə edərək onun qalib çıxmasına çalışır.
"Əksər halda buna nail olub, ölkəmizə onlarla qızıl medal gətirib. Demək olar ki, ilin əksər hissəsini hava yollarında, vağzallarda, ən yaxşı halda isə mehmanxanalarda keçirir. Bəzən iki aydan sonra evə dönəndə onu heç tanımaq olmur, əlavə xəstəlik qazanmağının şahidi oluruq. Kompüteri iki ay fasiləsiz işlətsək, o da yəqin sıradan çıxar. Bu yarışlardan bəzisi Dünya, Avropa, Olimpiya birinciliyi olduğu üçün mütləq, vazkeçilməzdi. Bundan başqa ailəni saxlamaq üçün necə deyərlər, kommersiya yarışlarına çıxmalı olur ki, bu da orqanizmin, əsasən də əsəblərin yüklənməsinə səbəb olur”.
Şahmat qrossmeysterinin əmisi bir maraqlı fakta da diqqət çəkib:
"Ulu öndər o vaxtlar gənc şahmatçılar üçün fond yaratmışdı ki, onlar istədikləri yarışlara həmişə gedə bilsinlər. Onu da qeyd edim ki, ulu öndərə verilən siyahıya nədənsə Şəhriyarı daxil etməmişdilər. Daha imkanlı ailələrin övladlarını ora daxil etmişdilər. Şəhriyar perspektivi olmayan şahmatçı kimi ancaq ailə maliyyəsi hesabına sərhəddən kənara çıxdı, dünya səviyyəsində tanındı. Dünya tanıyandan sonra bizim Şahmat Federasiyası və İdman Nazirliyi tanımağa məcbur oldu”.
Məmmədyar Məmmədyarlı istedadlı şahmatçılara göstərilən qayğıdan danışarkən düşmən ölkəni də misal göstərib:
"Hətta Ermənistanda şahmatçılara yüksək maaş verilir, bütün yarışlara dövlət hesabına gedirlər.
Sözümün canı ondan ibarətdir ki, güclü dövlətimiz, Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi olan yerdə heç yaxşı olmaz ki, Şəhriyara əlavə hesab yaradılsın. Bax bu cür maliyyə çətinliyinə görə nə qədər potensiallı idmançılarımız idmanı tərk edir...”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI