Mahir Məmmədov: “Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir”
Idman
Oxunub: 1 192
27 avq 2018 | 17:17
Mahir Məmmədov: “Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir”















"Şəhriyar Məmmədyarov ən yüksək mükafatlara və sponsorlara layiqdir. Dahi şahmatçıdır. Lakin onun bugünkü bəyanatında bəzi məqamlar var ki, onlara mütləq aydınlıq gətirmək lazımdır".
Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, 33 yaşlı qrossmeyster Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir:

"Məqamlardan biri odur ki, həm dövlət, həm federasiya, həm də Gənclər və İdman Nazirliyi onu heç vaxt vəsaitsiz qoymayıb. Müəyyən dövrlərdə yaxşı sponsorları olub. Əlbəttə, sponsorluq elədir ki, çox vaxt müvəqqəti xarakter daşıyır, heç kimin daimi sponsoru olmur. Lakin Məmmədyarovun bir daimi sponsoru var. Bu, Azərbaycan dövlətidir. Ona həm cənab prezident tərəfindən maliyyə yardımları göstərilib, həm də mənzillər verilib. İnanıram ki, bundan sonra da veriləcək və xidmətləri qiymətləndiriləcək".

M.Məmmədovun sözlərinə görə, Ş.Məmmədyarov uzun illərdir iştirak etdiyi yarışların heç birinə vəsait xərcləmir:

"Şahmat aləmi də bilir ki, Şəhriyar Məmmədyarovun olduğu dahi, görkəmli statusla əlaqədar onu elə yüksək səviyyəli turnirlərdə görməyə çox şad, xoşbəxt olurlar və onu bütün yarışlara dəvət edirlər. Klub səviyyəli yarışda iştirak edirsə, "SOCAR-Azərbaijan", "Odlar Yurdu" və ya Rusiyanın hər hansı klubu onun bütün xərclərini ödəyir, əlavə qonorar verir. Bu, Azərbaycan yığmasıdırsa, onun şərəfini qorumaq hər birimiz üçün borc və böyük şərəfdir. Bununla belə, uğurları dövlət tərəfindən qiymətləndirilir. O cümlədən, son böyük uğur - Şəhriyar Məmmədyarovun birinci lövhədə çıxış etdiyi Avropa çempionatındakı qızıl medaldan sonra milli komanda cənab prezident tərəfindən qəbul olundu, dövlət başçısı, Gənclər və İdman Nazirliyi, federasiya bu nailiyyəti diqqətsiz qoymadı, mükafatlar verildi. Hətta superturnirlərə belə Şəhriyar Məmmədyarov səviyyəli şahmatçı şərtsiz və şəraitsiz dəvət olunmur, xüsusi dəvət alır. Onun heç nəyə xərci çıxmır. Nəinki özünə, hətta onu müşayiət edən şəxsə də..."

Bununla yanaşı, AŞF vitse-prezidenti bildirib ki, Ş.Məmmədyarovun zirvədə qalması üçün ona xüsusi şərait və məşqçilər lazımdır:
"Ola bilsin, məşqçilərin əmək haqlarının ödənilməsi Şəhriyar Məmmədyarovun üzərinə düşür. Bunu biz istisna etmirik. Çünki öz komandasının bütün işlərini, incəliklərini özü bilir. Sadəcə, bu gün ona bir sponsor görürəm. Bu, Azərbaycan dövlətidir. Lakin bu, o demək deyil ki, onun şəxsi, qeyri-dövlət strukturu kimi maliyyə və kommersiya qurumlarından sponsorları ola bilməz. Ola bilsin, son illər onun qabarıq şəkildə sponsoru yoxdur. Lakin Məmmədyarov heç vaxt diqqətsiz qalmayıb. Hazırkı sponsoru kimi Azərbaycan dövlətini vurğulamaq və kommersiya qurumlarını ona dəstək olmağa dəvət etmək lazımdır".

M.Məmmədov Ş.Məmmədyarovun sponsorluq məsələsini məhz indi qabartmasını isə belə əsaslandırıb:

"Görkəmli, dahi bir şahmatçı kimi onun həmişə bu məsələni qabartmaq ixtiyarı var. Hazırda ağır turnirdə iştirak edir. Buna baxmayaraq, yaxşı oynayır. Şəhriyar bir çox yarışlarda iştirak edir. Ümumiyyətlə, çoxlu turnirdə oynamaq onun oyun üslubudur. Bu baxımdan, Məmmədyarovla Teymur Rəcəbovun yarışları seçmək strategiyalarında müəyyən fərqlər mövcuddur. İndi də var, əvvələr də olub. Şahmat onun sənətidir. Öz həyatını və gələcəyini maliyyə vəziyyətini şahmat vasitəsi ilə təmin edir. Şahmatçının şahmat oynaması təəcüblü deyil. Ağır turnirdir, ola bilsin yorulub. İnsan yorulanda onun beynində müəyyən fikirlər qabara bilər. Hər şey mümkündür. Ola bilsin, Məmmədyarov onun komandasının xərclərini çəkəcək sponsor axtarır və bunun Azərbaycan şirkətlərindən birinin olmasını istəyir. Bu, təqdirəlayiq fikirdir. Məncə, Məmmədyarov bu məsələni bu cür faciəvi şəkildə qabartmamalı idi. Amma belə fikir səsləndirməyə haqqı var. Fikrimcə, onun yazdıqları yorğunluqdan irəli gəlir. Onun əlavə maliyyəyə ehtiyacı olduğunu vurğulamağa ixtiyarı var".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədəki şəxsi hesabında paylaşım edərək, sponsorunun olmamasından şikayətlənib.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI