“Bu uşaqlar dəlidirlər, onlar çempion olacaqlar” - Xorvatiya möcüzəsinin baş qəhrəmanı kimdir?
Idman
Oxunub: 960
13 iy 2018 | 20:58
“Bu uşaqlar dəlidirlər, onlar çempion olacaqlar” - Xorvatiya möcüzəsinin baş qəhrəmanı kimdir?















Çətin vaxtda mili komanda rəhbərliyinə gətirilən Zladko Daliç Xorvatiyanı əvvəl dünya çempionatına, indi isə finala gətirdi, halbuki heç kim buna inanmırdı...

İngiltərə ilə dramatik keçən yarımfinal qarşılaşmasından sonra dünya həm də ondan danışır. Rusiya ilə penallaşma seriyası bitəndə göz yaşlarını saxlaya bilməyən, ağlayıb sonra isə sevincindən atılıb-düşən baş məşqçi həqiqətən də möcüzə edib. O, hətta dünya çempionatına gəlmək şansını belə əlavə vaxta -"pley-off"a daşıyan komandanı indi finala gətirib. Dünya kubokunun bir addımlığına.

Zlatko Daliç 1966-cı il oktyabrın 26-da Bosniya və Herseqovina Federasiyasının Livno şəhərində anadan olub. Futbolla uşaqlıq dövründən məşğul olmağa başlayıb.

Professional idman karyerası Xorvatiyanın “Hayduk” klubunun tərkibində başlayıb. Daha sonra Daliç karyerasını “Dinamo” və Bosniya klubu “Velej”də davam etdirib.

Xorvatiya müstəqillik qazanandan sonra Zlatko “Varteks”in müdafiəçisi idi. Daha sonra o, yenidən “Hayduk”a döndü və 2000-ci ildə peşəkar futbolçu karyerasını bitirdi.

Hırvatistan dünya kupası 2018-de ile ilgili görsel sonucu

Karyerası başa çatdıqdan sonra o, “Varteks” klubunda baş məşqçisi Miroslav Blajeviçin köməkçisi olur. 2005-ci ilin mayında Zlatko Daliç artıq “Varteks” klubuna rəhbərlik edirdi.

2007-ci ilin yayında “Varteks”lə müqavilə başa çatdıqdan sonra Daliç “Rijeka”nın baş məşqçisi postuna gətirilir. Təcrübəli məşqçinin rəhbərliyi altında “Rijeka” 2007-2008 mövsümünün sonunda dördüncü yeri tutdu. 2008-2009-cu il mövsümündə Daliç Albaniyanın “Dinamo” (Tirana) komandasına rəhbərlik etdi.

2010-cu ildə Zlatkonun ərəb sərgüzəştləri başlayır. O, yeni mövsümdə Səudiyyə Ərəbistanının yüksək liqasına vəsiqə qazanmış “Əl-Faysal” klubuna baş məşqçi təyin edilir. 2010-2011-ci il çempionatının sonunda Daliç Səudiyyə Ərəbistanının yüksək liqasının ən yaxşı baş məşqçi adına layiq görülür. 2012-ci ilin may ayında ona Səudiyyə Ərəbistanının ən tanınmış klublarından olan “Əl-Hilal”ın əvəzedici heyəti tapşırılıb. 2013-cü ildə isə o, Səudiyyə klubu ilə müqaviləsini pozan Antuan Kombuarenin yerinə “Əl-Hilal”a baş məşqçi təyin edilir. 2014-cü ilin mart ayında isə əmirliyin “Əl-Əyn” klubunun rəhbərliyinə gətirilir.

Hırvatistan dünya kupası 2018-in finalinde ile ilgili görsel sonucu

Ante Çaçiçin istefası-Xorvatiya DÇ-yə getməyə bilər...

Bu arada DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının IX turunda Xorvatiya millisinin Finlandiya ilə görüşdəki xal itkisi (1:1) Ante Çaçiçin istefası ilə nəticələnir.

Bu hesablı heç-heçə ilə mundial şansını çətinə salması Xorvatiya Futbol Federasiyasının səbr kasasını daşırdı. Bu üzdən də 2015-ci ilin sentyabrından yığmaya rəhbərlik edən Çaçiç vəzifəsindən kənarlaşdırıldı.

Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker milli komandaya Zlatko Daliçin gətirilməsini istəyəndə ona da ağız büzənlər olub. Yerli mətbuat isə Şukerin qərarını tənqid edərək “komanda çətin ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilsin”,-deyə, materiallar dərc ediblər.

Tənqidlərə baxmayaraq, Ukrayna ilə həlledici qarşılaşmadan iki gün öncə baş məşqçi dəyişikliyini zəruri sayan federasiya bu posta Zlatko Daliçi gətirdi, həm də müvəqqəti. Ona dedilər ki, Xorvatiyanı DÇ final mərhələsinə o hazırlamalıdır. Daliçin rəhbərliyi altında ilk matçda Ukraynanı məğlub edən Xorvatiya “pley-off”a vəsiqəni təmin edir. Doğma meydanda qazanılan 4:1 hesablı qələbə sayəsində Xorvatiya dünya çempionatına vəsiqə qazanır. Beləliklə, Daliç Xorvatiyanı əvvəl dünya çempionatına, indi isə dünya çempionatının finalına gətirir.

Hırvatistan dünya kupası 2018-in finalinde ile ilgili görsel sonucu

Xorvatiyanın məşqçi heyətində olan Miroslav Blajeviç Daliçin təyinatı haqda o vaxt belə deyir: “O, yaxşı oğlandı, onun ambisiyaları var. Ərəb ölkələrində də pis işləməyib, təcrübə toplayıb. Amma o, heç vaxt məşqçi kimi bu qədər məşhur futbolçularla işləməyib axı... Onun Mandjukiç, Modriç, Rakitiç kimi dünya ulduzlarına söz keçirməkdə nüfuzu yetəcəkmi? Bu problemdir... Amma heç kim bu barədə indidən heç nə deyə bilməz. Mən və digərləri indi ancaq möcüzəyə inana bilərik ki, onun rəhbərliyi altında Xorvatiya dünya çempionatının finalına çıxsın”.

Rusiyada keçirilən dünya çempionatında həqiqətən də belə bir hadisə yaşandı. Nikola Kaliniç qrup mərhələsində Nigeriya ilə matçda oynamaqdan imtina etdiyi üçün bu Daliç onu yığma komandadan evə göndərdi...

Daliç: “Allah bizə yenidən şans verib ki...”

Daliçin dediklərindən: “1998-ci ildə ”Hayduk"un heyətində oynayanda Fransadakı dünya çempionatında Xorvatiyanın üç oyununa azarkeş kimi baxmağa gəlmişdim. Sonra geri qayıtdım. Fransa ilə Xorvatiyanın o vaxtkı oyunu haqda 20 ildir danışırlar. Yadımdadır, Şukerin qoluna necə sevinmişdik... Amma komanda müdafiə taktikası seçdi və biz uduzduq. Ola bilər ki, Allah bizə yenidən şans verib ki, bu məğlubiyyətin acısını çıxaraq..."

İngiltərə ilə yarımfinaldakı qələbədən sonra Daliç maraqlı fikirlər işlədib: “Oyunçuları təbrik edirəm. Onlar dəlidirlər. Fantastik oyun göstərdilər. Necə qaçırdılar, necə mübarizə aparırdılar... Bu, tarixə düşəcək hadisədir. Biz hələ son sözümüzü deməmişik. Bizi dayandıra bilməyəcəklər, dünya çempionu olacağıq”.
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB