Zabit Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib
Idman
Oxunub: 811
31 may 2018 | 18:21
 Zabit Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib















"King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanan K-1 döyüşçüsü Zabit Səmədov qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib.

“Report” xəbər verir ki, 34 yaşlı idmançı bunu Rusiyanın paytaxtı Moskvada kikboksinq üzrə "JARA Fight Show" turnirində fransalı Freddi Kemayo üzərində qələbəsindən sonra çıxışı zamanı deyib.

Səhnəyə Azərbaycan bayrağı ilə çıxan K-1 döyüşçüsü əvvəlcə çətin döyüşünə görə azarkeşlərdən üzr istəyib: “Məni dəstəkləməyə gəldiyiniz üçün təşəkkür edirəm, bunu hiss edirdim. Bu cür ağır döyüşə görə üzr istəyirəm. Əslində, mənim üçün çox çətin döyüş oldu. Çünki sizin qarşınızda böyük məsuliyyət hiss edirəm. Doğmalarıma, dostlarıma, qardaşlarıma - hər kəsə "çox sağ ol" söyləyirəm. Düzü, gecəni yata bilməmişəm. Səhər saat 8:00-da yatdım, 11:00-da oyandım. Bu da döyüşümə təsir etdi. Ancaq qələbə - qələbədir. Qalibləri mühakimə etmirlər".

Daha sonra Səmədov ona dəstək olanlara minnətdarlığını bildirib: "Stiven Siqala, "JARA Fight Show" promouter şirkətinin prezidenti və gecənin təşkilatçısı Emin Ağalarova təşəkkür edirəm. Təşkilatçılığa, etdiklərinə görə minnətdaram. Kişi dostluğu qaya kimidir. "Axmat" klubuna, böyük və əziz qardaşım Ramazan Kadırova da təşəkkür edirəm. Yəqin ki, döyüşə baxıb və çox həyəcan keçirir. Ona salam göndərirəm. Səni çox sevirəm, qardaş! Etdiklərinə görə çox sağ ol. "Axmat" - gücdür! Hər kəsə, bütün azərbaycanlılara minnətadaram. Bu qələbəni Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr etmək istərdim. Yaşasın Azərbaycan! Qoy, ölkəmiz İlham Əliyevin rəhbərliyi altında çiçəklənsin. Biz onu dəstəkləyir və hörmət edirik. İnanır və bilirik ki, doğru yolla addımlayırıq. İlhamla irəli!"

Qeyd edək ki, bu, Zabit Səmədovun 99-cu qələbəsi olub.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI