İki sərbəst güləşçimiz Avropa çempionu oldu — YENİLƏNİB
Idman
Oxunub: 960
6 may 2018 | 11:00
İki sərbəst güləşçimiz Avropa çempionu oldu — YENİLƏNİB















Rusiyada keçirilən güləş üzrə Avropa çempionatının beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili ardıcıl olaraq Bolqarıstan və Ermənistan idmançılarına tam üstünlüklə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Belarus güləşçisini də məğlub edən idmançımız finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı son saniyədə icra etdiyi fəndlə qələbə ilə tamamlayan idmançımız Avropa çempionatının qızıl medalını qazanıb.

Digər güləşçimiz Hacı Əliyev (65 kq) avstriyalı, türkiyəli və sloveniyalı rəqiblərini məğlub edərək finala yüksəlib. Üçqat dünya çempionumuz bu mərhələdə Rusiya idmançısı İlyas Bekbulatovla qarşılaşıb. Gərgin keçən görüş Azərbaycan güləşçisinin qələbəsi ilə başa çatıb və Hacı Əliyev növbəti dəfə Avropa çempionu tituluna yiyələnib.

İdmançılarımızdan Murtuz Müslümov (70 kq) Almaniya və Bolqarıstan təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda güləşçimiz Polşa idmançısı ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub. Üçüncü yer uğrunda döyüşdə belaruslu Azamat Nurikaudan üstün olan güləşçimiz bürünc medal əldə edib.

***
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

"Ölkə.Az" xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayırlar.

Mübarizəyə dörddəbir finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Mircəlal Həsənzadə yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb.
Səksən altı kiloqramda yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə A.Qostiyevin rəqibi Rusiya idmançısı olacaq.

Digər idmançılarımızdan Şərif Şərifov (92 kq) yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finalda mübarizə aparmaq hüququ qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olacaq.

Yüz iyirmi beş kiloqramda mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşə qatılacaq.

Coşqun Əzimovun (74 kq) səkkizdəbir final görüşündə litvalı rəqibi Andrius Mazeyka ilə görüşü rəqibin üstünlüyü ilə başa çatıb.

Final görüşləri mayın 6-da keçiriləcək.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI