“"Qəbələ" ilə aramızda razılaşma olmayıb” — Yunis Hüseynov
Idman
Oxunub: 724
29 apr 2018 | 14:16
“"Qəbələ" ilə aramızda razılaşma olmayıb” — Yunis Hüseynov















"Həmişəki kimi qalib gəlmək istəyirdik. Oyuna 2-3 saat qalmış Gəncədən avtobusla Qəbələyə gəlmişdik. Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə başa baha gəldi. Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı".
"Ölkə.Az" "Report"a istinadən xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXV tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 53 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümün sonu yaxınlaşır. Komandanızda çoxmu dəyişiklər olacaq?

- Bunu deyə bilmərəm. Planlar gələcəyin işidir.

- Bu tur "Kəpəz"in I Diviziona düşməsi rəsmiləşir...

- Yəqin ki, komanda sayını artırarlar. PFL-in qərarını gözləyirik. Premyer Liqada qalsaq, çalışarıq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalır, biz düşə bilərik.

- Deyəsən, "Kəpəz"in Premyer Liqada qalmasıyla bağlı arxayınlıq var...
- İnanıram ki, qalarıq. Regionda futbol olmasa, inkişaf olmayacaq. Azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəkliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdirir. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandır. Komandaların sayı artırılmalıdır. O vaxtlar bölgə komandaları çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olurdu. 8 yox, 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Bu zaman zəif komanda olmayacaq.

- Vinçesterlə Dieqonun yoxluğu zədəylə bağlıdır?

- Bəli. Vinçesterin zədəsi ciddidir. Xahiş edirəm ki, məlumatı dəqqiləşdirib yazardınız. Elə şey olmayıb ki, Dieqo həkimə gedəndə içkili olub. Belə şey olsa, mənə sübut etsəniz, onun biletini dərhal alıb qovaram. Hər şeyi dəqiqləşdirmişəm. "Səbail"lə oyundan sonra da komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, onlar da meydana çıxmaq istəyiblər. Oyunçularıma kənardan təzyiqlər var. Açıb hər şeyi desəm...

- Roman Hüseynovun müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması nə ilə bağlıdı?

- Onu oynatmaq futbolçunun xeyrinədir. İki klub arasında razılıq olur. "Qəbələ" ilə aramızda razılaşma olmayıb ki, Roman onlara qarşı oynamasın.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI