Çempionlar Liqasının qalibi kim olacaq? – Ekspertlərin proqnozları

Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunlarının tarixləri yaxınlaşdıqca kuboku kimin öz muzeyinə aparacağı barədə proqnozlar verilir.
1/4 final mərhələsində 3-4 apreldə və 10-11 apreldə cavab oyunlarında
“Barselona” (İspaniya) – “Roma” (İtaliya)
“Sevilya” (İspaniya) – “Bayern Münhen” (Almaniya)
“Yuventus” (İtaliya) – “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Mançester Siti” (İngiltərə) ilə qarşılaşacaq.
Minval.info idman jurnalistləri arasında sorğu apararaq Avropanın ən nüfuzlu klub turnirinin finalında hansı komandaları gördüklərini və kimin daha güclü olacağını düşündüklərini öyrənib.
Qafqazinfo.az saytının idman jurnalisti Elsevər Məmmədov finalda “Mançester Siti” – “Barselona” mübarizəsi izləyəciyimizi güman edir: “Amma bunun üçün onların yarımfinalda üz-üzə gəlməməsi lazımdır. İndidən nəsə demək də düzgün deyil. Amma “Barselona” və “Mançester Siti” hazırda ideal formadadırlar. Amma ikisindən biri finalda olmaya bilər.. Əgər belə bir final olarsa, fikrimcə “Mançester Siti” çempion olacaq.
FutbolPress.az saytının əməkdaşı Faiq Tahirov qalibiyyət üçün ən çox “Real”ın mübarizə aparacağını bildirib: “Ümumiyyətlə 1/4 finalın püşkü ümidləri doğrultmadı. “Bavariya” və “Barselona” kimi nəhənglərin bəxti gətirdi. Düzdür, nə “Roma”, nə də “Sevilya” asan təslim olacaq, ancaq bu mərhələdə “Barselona” – “Mançester Siti”, “Liverpul” – “Bavariya” kimi cütlərin alınması ehtimalını nəzərə aldıqda püşkün bizi nələrdən məhrum etdiyi aydın olur. 1/4 finalda əsas maraq doğuracaq duel son finalçılar – “Real”la “Yuventus” arasında olacaq. Madridlilərin La Liqada çempionluq şansını böyük ölçüdə itirdiyini nəzərə alsaq, komandanın əsas diqqətini Çempionlar Liqasına yönəldəcəyinə şübhə yoxdur. Üstəlik arıdıcıl 3-cü dəfə turnirin qalibi olub, tarixə düşmək imkanı var. Digər tərəfdən, “Real” heç vaxt ikili oyunlarda “Yuventus”u mübarizədən kənarlaşdıra bilməyib. Əgər bu dəfə alınsa, böyük ehtimalla kuboku da Zidanın komandası qazanacaq. “Yuventus” üçün eyni isə sözləri demək olmur. Turinlilərin “Real”ı keçməsi, hətta finala yüksəlməsi gözlənilməz olmayacaq. Ancaq Kiyevdəki finalda növbəti bütün bunların “sizif əməyi” olduğu ortaya çıxa bilər. Ümumilikdə, 1/4 finaldan çox şey asılı olacaq. Əgər italyanları mübarizədən kənarlaşdıra bilsələr, titulu ispan klublarından birinin qazanacağı demək olar ki, dəqiqləşəcək. “Yuventus” və ya “Roma”dan hər hansı biri mərhələ keçsə, kubokun 4 ölkənin hər birinə getmək ehtimalı təxminən eyni olacaq”.
“Zirə” PFK-in mətbuat katibi Elmar Abdullazadə finalda ispan-alman oyunu izləyəcəyimizi düşünür: “Düzü, “Mançester Yunayted” “Sevilya”ya məğlub olandan sonra turnir qeyri-rəsmi olaraq mənim üçün bitib. Amma qısa olaraq onu deyə bilərəm ki, yarımfinalda bir-birləri ilə rəqib olmayacağı təqdirdə “Barselona” və “Bavariya”nın finala çıxacağını zənn edirəm. Bu iki komandadan savayı “Real”ı daha şanslı sayıram. Çox böyük ehtimalla finalda ingilis və ya italiyan klubu olmayacaq”.
İdman Azərbaycan telekanalının aparıcısı Tural Məmmədli çempionluğa ən real namizəd kimi “Barselona”nı görür: “Fikrimcə, ən real namizdən “Barselona”dır. Əgər finala qədər yolları kəsişməsə, “Bavariya” da filan da olacaq. “Roma”nın irəli getməsini isə çox istəyərdim”.
İdman Azərbaycanın şərhçisi və aparıcısı Ramiz Mirzəzadə finalda mütləq ispan təmsilçisi olacağını söyləyib: “Məncə, bu il ya “Real”, ya da “Barselona” mütləq finalda olacaq. O ki qaldı çempiona, Quardiolanın “Mançester Siti”si möhtəşəm mövsüm keçirir və çempion ola bilər”.
“İnter”in Azərbaycandakı rəsmi fan klubunun mətbuat katibi Ruslan Şirinoviç “Bavariya” – “Mançester Siti” finalını yəqin edir: “Rəqibləri nəzərə alsaq “Bayern Münhen” – “Mançester Siti” finalı olacağını deyə bilərəm. Bu il çempion “Bavariya”dır”.
Sport7.az saytının əməkdaşı Kamal Mustafa “Juventus”un qələbəsinə inanır: “Final üçün proqnozum “Juventus” – “Bayern” matçıdır, çempion isə turinliləri görürəm. Amma könül istərdi ki, final “Roma” və “Juve” arasında keçsin, qalib də canavarlar olsun”.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI