Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Idman
Oxunub: 852
9 fev 2018 | 09:23
Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək














Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, Olimpiya Stadionunda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Ümumilikdə rekord sayda - 92 ölkənin iştirak edəcəyi Qış Olimpiya Oyunlarında 2902 idmançı öz qüvvəsini sınayacaq. Onlar 15 idman növündə 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Oyunlara ən geniş heyətlə ABŞ gəlib – 242 idmançı. Kanada ikinci (226), İsveçrə üçüncüdür (169). Ev sahibləri isə 122 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 168 nəfər Rusiya idmançısı dopinq qalmaqalına görə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.

Pxençxanda 6 ölkə Qış Olimpiya Oyunlarlnda debüt edəcək. Bunlar Kosovo, Ekvador, Nigeriya, Eritreya, Malayziya və Sinqapurdur. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidir.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi fevralın 25-də keçiriləcək.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI