Mahir Mədətov: ""Qəbələ"dən üzr istəməyəcəm"

Millinin düşərgəsində olduğumuz vaxt hər bir baş məşqçini müzakirə edirik. Roman Qriqorçuk da bəyəndiyimiz mütəxəssislərdəndir və ona xüsusi rəğbətlə yanaşırıq.
Sərt görünsə də, arabir belə zarafatlar etməsi bizim üçün xoşdur. "CBC Sport"un efirində danışdığım əhvalat həqiqətdir".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətov "Qəbələ"nin bəyanatına münasibət bildirərkən deyib.
O bildirib ki, "CBC Sport"da yayımlanan "Qış nağılı"nda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk barədə əhvalatı danışmazdan əvvəl həmin verilişdə olan ukraynalı mütəxəssisin özündən icazə alıb: "Bu əhvalat yadıma düşəndə danışmaq istəmədim. Çünki Qriqorçuk da kameranın arxasında idi. Düşündüm ki, eyib olar. Aparıcılar yaxınlaşaraq, Qriqorçukdan icazə aldılar. Sonra biz də baş məşqçiyə yaxınlaşdıq və onunla qucaqlaşıb görüşdük. "Qəbələ"nin baş məşqçisi ilə münasibətim çox yaxşıdır. Qurban Qurbanov qədər ona da hörmətim var. Yəni, Qriqorçukdan da icazə alındı. Bu hadisəni danışdığım vaxt o, ağzını əli tutaraq çölə çıxdı ki, gülüş səsi kameraya, efirə düşməsin. Özü də bu əhvalatı müsbət qarşıladı və güldü".
Mədətov "Qəbələ"nin üzrxahlıq tələbinə isə belə reaksiya verib: "Üzr istəməyin özü də böyüklükdür. Amma mən heç kimi təhqir etməmişəm, pisləməmişəm. Əksinə, müsbət fikir səsləndirmişəm. Burada üzr istəməli bir şey görmürəm. "Qəbələ"yə böyük hörmətim var. Neçə illərdir bu klubla rəqabət aparırıq. Burada ən önəmlisi odur ki, Qriqorçukun özünün icazəsi olub. Bu açıqlamaya görə Qurban Qurbanovun məni cəzalandıracağını düşünmürəm. Çünki cəzaya səbəb olacaq bir şey yoxdur".
Qeyd edək ki, "Qəbələ" klubu bu gün yaydığı bəyanatda Mahir Mədətovun çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirib, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayıb. Klub hesab edir ki, belə şüursuz açıqlamalar, baş məşqçi Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və "Qəbələ"nin imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yanlış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alan klub "Qarabağ” rəhbərliyinin futbolçu haqqında ölçü götürməsini, Mədətovun etdiyi hörmətsizliyə görə "Qəbələ” və Roman Qriqorçukdan üzr istəməsini gözləyir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI