"Real" "Barselona"ya rüsvayçı hesabla uduzdu
Idman
Oxunub: 893
23 dek 2017 | 23:47
"Real" "Barselona"ya rüsvayçı hesabla uduzdu













Bu gün İspaniya La Liqasında ilin sonuncu "El-Klasiko”su keçirilib.

XVII tur çərçivəsində "Real" "Barselona”nı qəbul edib.

"Santyaqo Bernabeu” stadionunda baş tutan əzəli rəqiblərin oyununda iki qol vurulub. 54-cü dəqiqədə "Barselona"dan Luis Suares hesabı açıb. 9 dəqiqə sonra qırmızı vərəqə alan Dani Karvahal "Real"ı azlıqda qoyulub. Təyin olunan penaltini Lionel Messi dəqiq yerinə yetirib. 90+3cü dəqiqədə isə Aleyks Vidal matçın yekun nəticəsini müəyyənləşdirib. Beləliklə, "Barselona" rəqib meydanında əzəli rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən mövsüm La Liqanın, İspaniya Kubokunun və Çempionlar Liqasının qalibi olan "Real" cari birinciliyə yaxşı başlamayıb. Zinədin Zidanın rəhbərlik etdiyi kollektiv hazırda 31 xalla 4-cü pillədə qərarlaşıb və lider "Barselona”dan 14 xal geri qalır. Lakin "Kral Klubu"nun ehtiyatda bir oyunu da var. Kataloniya təmsilçisi isə ən yaxın izləyicisi "Atletiko”nu 9 xal qabaqlayır.

Bu matç əzəli rəqiblərin La Liqada 175-ci dueli olub. Bu görüşlərdən 72-də madridlilər, 90-də isə kataloniyalılar qalib gəlib. Ümumilikdə isə "Real"la "Barselona” 270-ci dəfə qarşılaşıb. Bunlardan 99-da paytaxt klubu, 112-də isə "göy-narıncılar” qələbə qazanıblar.

La Liqa
XVII tur
23 dekabr

16.00 Real Madrid - Barselona 0:3
Qollar: Luis Suares, 54. Lionel Messi, 64-pen. Aleyks Vidal, 90+3.
Qırmızı vərəqə: Dani Karvahal, 63.
Real: 1. Keylor Navas, 2. Dani Karvahal, 4. Serxio Ramos, 5. Rafael Varane, 7. Kriştiano Ronaldo, 8. Toni Kroos, 9. Kərim Benzema (6. Naço Fernandes, 66), 10. Luka Modriç, 12. Marselo, 14. Kasemro (20. Marko Asensio, 72), 23. Mateo Kovaciç (11. Qaret Beyl, 72).
Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Hernandes, 17. Lukas Vazkuez, 22. İsko.
Baş məşqçi: Zinəddin Zidan.
Barselona: 1. Marc-Andre ter Stegen, 3. Cerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta (2. Nelson Semedo, 77), 9. Luis Suares, 10. Lionel Messi, 15. Paulinyo (21. Andre Qomes, 84), 18. Jordi Alba, 20. Serj Roberto (22. Aleyks Vidal, 90+1), 25. Tomas Vermaelen.
Ehtiyat oyunçular: 13. Casper Killessen, 6. Denis Suares, 14. Xavyer Maskerano, 19. Lukas Digne.
Baş məşqçi: Ernesto Valverde.
Sarı vərəqələr: Serxio Ramos, 59. Marselo, 83 - Tomas Vermaelen, 18. Serxio Buskets, 88.
Baş hakim: Xose Mariya Sançes Martines.
"Santyaqo Bernabeu” stadionu.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI