Qurban Qurbanov: "Həmişə kubok oyunlarından ehtiyat etmişəm"
"Sumqayıt”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Özümüzə gəldikdə, həmişə kubok oyunlarından ehtiyat etmişəm. Futbolçuların üzərinə çox getmədim. Əvvəl də dediyim kimi, komandada yorğunluq var. Bu il bizim üçün ağır oldu, uğurlu nəticələrimiz oldu. Məğlub olduq. Qalibə uğurlar arzulayırıq".
"Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun ¼ final mərhələsində "Sumqayıt"a 2:0 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib:
Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Riçard Almeyda və Dino Ndlovu niyə oynamırdı?
- İkisi də zədəli idi. Riçardın əzələsində dartılma var, Ndlovuda da həmçinin.
Futbolçularda istirahət vaxtına görə rahatlıq hiss etdiniz?
- "Yox" deyə də bilmərəm. Futbolçu psixologiyasıdır. Özümdə də belə hallar olub. Nə qədər motivasiya etsəm də, düşünürdüm ki, son oyundu, gedirik istirahətə. Belə düşüncə var idi.
"Sumqayıt”ın heyətində kimi fərqləndirərdiniz?
- Bunu deyə bilmərəm. Bütün futbolçuları izləyirəm. Bütün komandalardakı oyunçulara baxırıq.
Qış fasiləsində kimlər gedəcək?
- Konkret olaraq, belə futbolçu yoxdur. Hər bir futbolçunun müqaviləsi var. Bu haqda heç nə deyə bilməyəcəyəm. Kimsə öz xahişi ilə getmək istəsə, düşünərik. Müqaviləsi olan oyunçuya get deyə bilmərik.
Xarici klublardan hansısa futbolçu üçün təklif almısınızmı?
- Ciddi bir təklif yoxdur. Bu barədə düşünmək lazım deyil. Dino ilə bağlı təklif olmuşdu, ancaq ciddi deyildi.
Heyəti gücləndirmək baxımından addım atılacaqmı?
- Belə bir fikir var. Yerli futbolçu əldə edə bilmərik. Yaxşı futbolçuların hamısı öz klubundadır. İnanmıram onlar istədiyimiz futbolçuları bizə versin. Axtarışlarımız gedir. Yayda danışıqlar apardığımız oyunçularla hələ də danışıqlar aparırıq. Amma mütləq futbolçu gəlməlidir.
İlk oyundakı kimi burada da Jezniçak səhvə yol verdi. Sizcə mərkəz müdafiəçisi lazımdırmı?
- Hər xəttə uyğun bir futbolçu istəyirik. Belə fikrimiz var.
"Neftçi" Rahidi transfer etmək istəyir, bu barədə müraciət almısınızmı?
- Bizə rəsmi təklif olmayıb. Rahid bizim əsas oyunçularımızdan biridir. Xeyli zaman var. Təklif olsa, fikir bildirə bilərik. Rahidə inanırıq. Onun mövqeyində vacib futbolçulardandır.
Həm milli, həm də "Qarabağ"ı hazırlamaq çətin olmayacaq ki?
- Hətta bir komandanı hazırlamaq çətindir. Ancaq biz çətinlikdən qorxuruqsa, addım atmamalıyq. Hər şeyi düşünürəm. Elə işlər var ki, hər kəsin öz məsuliyyəti var. Təcrübəmiz də artıb. Oyunçunun potensialını bilmək üçün vaxt sərf etmirik. Əlaqələrimiz də var. Oyunçuların həyat tərzi barədə məlumat toplaya bilirik. Çətin olacaq, mənim üçün də məsuliyyətli olacaq. Ancaq futbolumuz üçün bu addım atılmalıdır.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI