Qurban Qurbanov milliyə kimin əliylə gətirilib? — AFFA-da Elxan Məmmədov erasının sonu haqda MARAQLI FAKTLAR
Idman
Oxunub: 598
3 noy 2017 | 14:25
Qurban Qurbanov milliyə kimin əliylə gətirilib? — AFFA-da Elxan Məmmədov erasının sonu haqda MARAQLI FAKTLAR














Əslində Qurban Qurbanovun futbol üzrə milli komandamızın baş məşqçisi təyin olunmasında qeyri-adi heç nə yoxdur. Çünki istər futbolçu olduğu dönəmlərdə, istər məşqçilik karyerasında sanbalı, xarizması və ən əsası savadıyla seçilənlərdən olub. Başqa sözlə desək, Qurbanov nəinki Azərbaycan futbolunun, hətta idmanının da tarixinə düşməyi bacarıb.
Və çox təbiidir ki, indi hər kəs onun təyinatından yazır. Amma demək olar ki, əksər yazılarda bu təyinatın bizə nə verəcəyi və niyə məhz indiki məqamda Qurbanovun millinin sükanı arxasına gətirilməsinin səbəblərinə toxunulmur. Bəlkə də toxunmaq istəmirlər. Amma biz ən azı buna cəhd edəcəyik.

Heç kəsə sirr deyil ki, Qurbanov uzun illərdir ki, PFL prezidenti Ramin Musayevlə dostluq edir. O da sirr deyil ki, indiki dönəmdə "Qarabağ" istər maddi, istər heyət baxımından nə qədər güclü olsa da, qazanılan çempionluqlarda Musayevin də az əməyi olmayıb. Hətta PFL rəhbəri iclaslarda hakimlərə "Qurbanı və onun uşaqlarını (futbolçuları nəzərdə tutur-red.) incitməyə heç kimin haqqı yoxdur" deyə bərk-bərk tapşırır. Bu da əbəs deyil. Çünki o, Qurbanovun vasitəsilə özünə necə deyərlər, "Azərsun" kimi arxa-dayaq tapıb və yerini yetərincə möhkəmlədib. İndiki halda onu Elxan Məmmədovla mübarizədə dəstəkləyən təkcə Rövnəq Abdullayev yox, həm də "Azərsun" və onun rəhbərliyidir.

Sual oluna bilər ki, bəs bu təyinat niyə məhz indi gerçəkləşdi? Çünki Qurbanov 3-4 il əvvəl təyin olunsaydı, Elxan Məmmədov üçün asan yem olacaqdı. Hər halda Musayev o qədər avam deyil ki, əlindəki "kozır"ı vaxtından əvvəl dövriyyəyə soxsun. İndiki Qurban Qurbanov 3-4 il əvvəlkindən həm daha nüfuzlu, həm daha populyardı. Belə olan halda Məmmədovun ona hökm etməsi nisbətən çətindir.

Deyilənlərə inansaq, millidəki oyunçuların əksəriyyəti Ramin Musayevin futbolçularıydı. Hətta iddialara görə, PFL rəhbərinin düyməni basması kifayət edirmiş. Amma bir neçə il əvvəl həm AFFA-nın büdcəsi yetərincəydi, həm də Elxan Məmmədovun rıçaqları. Digər tərəfdən büdcə xarici mütəxəssis gətirməyə imkan versə belə, qarşıdan 2020-ci il gəlir. Azərbaycan Avropa çempionatının qrup mərhələsinin bəzi oyunlarını qəbul edəcək. Burada baş verəcək xırda bir uğursuzluq hamının "başını ağrıda" bilərdi.

Digər tərəfdən illər öncə Qurbanovu milliyə kiminsə xahişiylə gətirəcəkdilərsə, indi belə deyil. Hətta deyə bilərik ki, AFFA xahiş-minnətlə 45 yaşlı mütəxəssisə ölkənin əsas komandasının sükanını etibar edib. Bu isə Qurbanov-Musayev tandeminin əlinin daha da güclənməsi deməkdir.

Bu arada maraqlı nüansa diqqət edək. Şübhəsizdir ki, bu gün dövlət səviyyəsində "Qarabağ"a diqqət və qayğı var. Prezident İlham Əliyevin göstərişi ilə klubun bazasının tikintisi üçün torpaq sahəsinin ayrılması, hər tutarlı uğurdan sonra komandanı qəbul etməsi və bu görüşlərdə Elxan Məmmədovun iştirak etməməsi isə çox mətləblərdən xəbər verir. Məhz bu amillər də Qurbanovun Məmmədov üçün asan yem olmayacağına dəlalət edir.

Yeri gəlmişkən, Tərlan Əhmədovun "Neftçi"nin baş məşqçisi postuna gətirilməsi də Musayevin Məmmədov üzərində növbəti qələbəsi kimi qiymətləndirilir.
Yenidən qayıdaq Qurban Qurbanovun təyinatının millimizə xeyir və ziyanlarını sadalamağa.
Əvvəla, indiyə qədər dünya futbolunda heç bir mütəxəssis eyni vaxtda həm klubda, həm də millidə uğur qazana bilməyib. Çünki milli və klubun idman proqramları, məşq prosesləri və təlim-məşq toplanışları tamam fərqlidir. Bunun üçün xeyli zamana ehtiyac var..

Məsələn, mövsümün ortasında milli komanda üçün təlim-məşq toplantıları olmalıdır. Düşünün ki, Qurbanov "Qarabağ"dakı işini qoyaraq millinin bazasına yollanacaq və çempionat oyununa bir gün qalmış geri dönəcək. Sizcə, bu nə dərəcədə peşəkarlıqdır?

Bəzi mütəxəssislər isə hesab edirlər ki, Qurbanov qısa müddət sonra "Qarabağ"dan ayrılacaq. Çünki klub səviyyəsində bundan artığını etmək indiki halda mümkünsüz görünür.

Millidə qazanacağı hər uğur isə "Qarabağ"da qazandıqlarını unutduracaq. Yəni, yığma səviyyəsində qazanılan nəticə daha təntənəylə və hörmətlə qarşılanacaq. Və şübhəsizdir ki, milli komanda səviyyəsində qazanılan uğur klub səviyyəsində qazanılandan daha üstün hesab edilir.

Belə demək mümkünsə, Qurbanov üçün istənilən şərait var və o, bu imkandan maksimum yararlanmalıdır. Yuxarıda qeyd etdiyimiz kimi millidə onun maliyyə gücü də yetərincə olacaq. Çünki xarici mütəxəssisə veriləcək məbləğin yarısını almaqla həm federasiya büdcəsinə xeyir verəcək, həm də yerdə qalan pulla təlim-məşq proseslərini artıracaq.

Ancaq istənilən halda Qurbanov seçimini tez etməlidir. Çünki fikri klubda qalacağı halda, yığmada uğur qazanmaq asan olmayacaq.
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər