Aslan Kərimovdan biabırçı müsahibə: "Qrizmana qarşı bizə yalnız Allah kömək ola bilər"
Idman
Oxunub: 817
30 okt 2017 | 20:15
Aslan Kərimovdan biabırçı müsahibə: "Qrizmana qarşı bizə yalnız Allah kömək ola bilər"














Çempionlar Liqasının 4-cü turu çərçivəsində keçiriləcək "Atletiko” - "Qarabağ” qarşılaşmasını izləmək üçün Madridə yollanmış şəxslər arasında U-21 millimizin köməkçi məşqçisi Aslan Kərimov da var. Millimizin sabiq futbolçusu "Komanda" qəzetinə müsahibəsi zamanı oyunla bağlı fikirlərini bildirib:

- Bu matçda "Qarabağ”dan ən azı Bakıdakı oyunun təkrarını gözləyirəm. Ancaq Bakıdakından çətin olacağı dəqiqdi. Bu oyunda "Qarabağ” ilk matçdakı azarkeş dəstəyindən məhrum olacaq. Bundan əlavə, heyətdə bir neçə zədəli futbolçu var ki, bu da, komandanın oyununa heç şübhəsiz təsir edəcək.

- Sizcə, "Qarabağ” oyunda hansı çətinliklərlə üzləşə bilər?
- "Qarabağ”ın əsas oyunu topa daha çox sahib olmasındadı. Lakin bu dəfə topa sahib olmaq çətin olacaq. Çünki "Atletiko” pressinqdə Avropanın ən yaxşı klublarından biridi. Məhz buna görə, "Qarabağ”ın öz oyununu sərgiləməkdən çəkinəcəyini düşünürəm.

- Özünüz vaxtilə millinin heyətində güclü komandalara qarşı bir çox məsul oyun keçirmisiz. Bu cür oyunlarda start həyəcanını geridə qoymaq əsasdı. Sizcə, "Qarabağ” bunun öhdəsindən gələ biləcək?
- Start həyəcanının olacağını düşünmürəm. Bu, "Çelsi” ilə oyunda olmuşdu. İkinci dəfə isə "Roma” ilə Bakıdakı matçda yaşanmışdı. Çünki komanda ÇL-də yeni idi. İlk səfər və ilk ev oyunumuz müəyyən start həyəcanına səbəb olmuşdu. "Atletiko” ilə Bakıdakı oyunda bu müşahidə olunmadı. Bu komanda ilə qısa müddət öncə qarşılaşıblar. Buna görə, start həyəcanının olacağına inanmıram.

- Qurban Qurbanov hərdən beş müdafiəçinin xidmətindən istifadə edir. Bəs sizcə, "Atletiko” ilə oyunda 4, yoxsa 5 müdafiəçili sistem daha əlverişlidi?
- "Qarabağ” 5 müdafiəçidən çox nadir hallarda istifadə edir. "Çelsi” ilə matçda bu qədər müdafiəçiylə çıxış etmişdi ki, onda da Donald Gerye arxa xəttə çəkilirdi. Ancaq o, daha çox hücuma kömək edirdi. Müdafiədə bir neçə problem var. Bədavi Hüseynov yoxdu. Yakub Jezniçakın və Maksim Medvedevin oynayıb-oynamayacağı bəlli deyil. Bəlkə də, 4-2-3-1 taktiki sxemindən istifadə etdi. 5 müdafiəçi üçün əlində az oyunçu var.

- Bakıdakı oyunda qeydə alınmış heç-heçə "Atletiko”nun şanslarını bir qədər azaltdı. Sizcə, bu, "Qarabağ”ın xeyrinədi, yoxsa ziyanına?
- Məncə, "Atletiko” Bakıda 5:0 hesabıyla qalib gəlsəydi belə, cavab oyununa ciddi hazırlaşacaqdı. İlk oyundakı heç-heçə motivasiya cəhətdən də bizim xeyrimizədi.

- Özünüz vaxtilə böyük azarkeş ordusu qarşısında çox oynamısız. Bu oyunda böyük azarkeş ordusu "Atletiko”nu dəstəkləyəcək.
- "Qarabağ” artıq əvvəllər bu cür stadionlarda oynayıb. "Çelsi” və "Borussiya” ilə səfər oyunlarında da komanda çoxlu azarkeş ordusu qarşısında çıxış etmişdi. Bəlkə, yeni oyunçulardan kimsə bundan təsirlənə bilər. Amma ümumi götürdükdə, bunun komandaya təsir edəcəyini düşünmürəm.

- Bu oyundan hansı nəticəni gözləyirsiz?
- Bu qarşılaşmadan yaxşı oyun gözləyirəm. Məncə, "Qarabağ” bu matçda heç-heçə də edə bilər. Bunun üçün də "Qarabağ” erkən qol vurmalıdı. Bu, heç də mümkünsüz deyil. "Qarabağ”da elə oyunçular var ki, rəqibi əks-hücumda cəzalandıra bilərlər. Standart vəziyyətlər də potensial qol deməkdi. Bundan əlavə, öz vətənlərində çıxış edəcək Dani Kintana və Miçel özlərini sübut etməyə çalışacaqlar.

- Sizcə, bu qarşılaşmada "Qarabağ”ın müdafiə xəttinə ən çox problemi kim yarada bilər?
- Birmənalı şəkildə Antuan Qrizmann. Son vaxtlar fərqlənməklə bağlı çətinlik çəkə bilər, lakin o, dünyada forvardlar arasında 3-4 hücumçudan biridi. Avropa çempionatında ən yaxşılardan idi. Bu cür hücumçular istənilən zaman qapı qarşısında təhlükə yarada bilər. O, hansı vəziyyətdə olmasından asılı olmayaraq, çox təhlükəli hücumçudu. Ona qarşı bizə yalnız Allah kömək ola bilər. Bakıda həmişə rahat şəkildə fərqləndiyi bir epizodda qol vura bilmədi. Bu epizodda bizim sadəcə, bəxtimiz gətirmişdi. Məncə, bu qarşılaşamada da "Qarabağ”ın müdafiə xəttinə çətinliklər yaradacaq.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI