"Hər şey bir öpüşə görə oldu" - "Qarabağ"ın futbolçusu qızının ölümü barədə
Idman
Oxunub: 838
21 okt 2017 | 19:33
"Hər şey bir öpüşə görə oldu" - "Qarabağ"ın futbolçusu qızının ölümü barədə













Haiti milllisinin və “Qarabağ”ın futbolçusu Donald Gerye “Le Nouvelliste”yə müsahibə verib.

Yenicag.az sözügedən müsahibəni təqdim edir:

– Oktyabrın 14-ü qızınızın vəfatından sonra özünüzə gəlməyinizi gözlədik. Haitidə Çempionlar Liqasında “Atletiko”ya qarşı oynamağınıza çox sevindilər. Bu matçda oynamağa özünüzdə necə güc tapdınız?

– Miah Manettenin vəfatı məni bu matçda oynamağa məcbur etdi. O, meydana çıxmağımı istəyərdi. Bunu fikirləşib, özümdə güc tapdım. Miah üçün oynadım.

– Komandanız ÇL-in qrup mərhələsini tarixində ilk xalını qazandı. Bundan əvvəl ÇL-in qrupuna düşdüyünüz üçün Azərbaycanda hamının sevindiyini demişdiniz. Bəs, qolsuz heç-heçəyə necə münasibət göstərdilər?

– Hər kəs bu nəticədən razı qaldı. Bu, futbolun nəticəsinin proqnozlarla deyil, meydanda müəyyənləşməsinin sübutudur. Bütün dünya “Barselona” ilə heç-heçə edən “Atletilo”nun qalib gələcəyini düşünürdü. Lakin nəticə hər şeyi göstərdi.

– “Qarabağ” “Çelsi” ilə matçla müqayisədə, “Atletiko”yla görüşdə taktiki irəliləyiş etdi. Bu qədər tez öyrənmək üçün nə etdiniz?

– İrəliləyişə gəldikdə, deyərdim ki, komandamız çətin matçlarda oynamağa adət etmiş peşəkar futbolçulardan təşkil olunub. Tez adaptasiya olmağımız normaldır.

– Qızınızın vəfatındansonra “Atletiko”ya qarşı oynamaq üçün kim sizi motivasiya etdi?

– Miah doğulan zaman virusa yoluxmuşdu. Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara var idi, oradan keçib. Virus beyinə keçdiyi üçün yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadların qarşısını almaq üçün kifayət deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin ötən cümə axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verdi və ona qalib gəldi.

– Anası bu faciəyə necə reaksiya verdi?

– O, çarəsizdir.

– “Atletiko” ilə oyunda psixoloji baxımdan problem yaşamamaq üçün komanda ilə nə etdiniz?

– Diqqət yetirsəydiniz, meydana qolumda Haiti bayrağı ilə çıxğımı görərdiniz. Biz haitilər problemlərə və çətinliklərə öz mədəniyyətimizdən irəli gələn formada reaksiya veririk. Buna görə də problemlər qarşısında yaşamağa davam etməliyik. Mənim üçün işim Miahı sevməyə davam etmək üçün yeganə vasitədir.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI