Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi
Idman
Oxunub: 840
19 okt 2017 | 00:51
Qurban Qurbanov: Şikayət etdik, cavabı hər kəsə bəllidi













Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Çox əziyyət çəkdilər”. Azxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin III turu çərçivəsində "Atletiko”nu qəbul edən Ağdam təmsilçisi qolsuz heç-heçə sayəsində ÇL-də ilk xalını qazanıb. Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov bunları deyib: "Həqiqətən, ağır oyun oldu. Uşaqlar sona qədər düzgün oynamağa çalışdılar və maksimum güclərindən də artığını meydanda qoydular. Azarkeşlər də bu gün bizə yaxşı dəstək oldular. Vacib xal qazandıq. Bu turnirin gücünü hiss etməyin futbolçularımıza böyük faydası olacaq”.

- Bundan öncəki oyunları belə keçirməyiniz üçün nə çatmırdı?

- Bir işə yeni başlayanda həyəcan həddindən artıq olur. Bu gün istəyimiz çox idi. Amma oyun ərzində çatışmayan cəhətlərimiz də oldu. Rəqibə bir neçə qol şansı verdik. Düşünürəm ki, futbolçularımız getdikcə daha faydalı oynayacaqlar.

- Matçdan sonra Dino Ndlovu ilə söhbətiniz oldumu? İkinci sarı vərəqəni aldığı epizodla bağlı nə dedi?

- Dino ilə söhbətimiz olmadı. Sadə epizod idi. Məncə, hakim düz qərar qəbul etmədi. Penalti verməsəydi belə, ikinci sarı vərəqəni göstərməməli idi. Ndlovu da çox üzgün idi.

- "Atletiko” ilə matçda bu qədər fiziki güc sərf etmək növbəti oyunlarda sizə problem yarada bilərmi?

- Bəli, futbolçular çox güc itirdilər. Rəqib də bunu bizdən tələb edirdi ki, hücumçularımız müdafiədə də diqqətli olsunlar. Bir daha şahid olduq ki, Çempionlar Liqası digər turnirlərdən çox fərqlidi. Burda gərginlik də çox olur. Belə oyunlardan sonra hər hansı futbolçumuzda kiçik problem olur və bərpası üçün vaxt lazım gəlir. Maksim Medvedev və Bədavi Hüseynovda bu halı müşahidə etdik. Bu cür təzyiq bizə ilboyu yad olur. Oyunçularımızın çoxu buna dözdüsə, sevinirəm. Əfsuslar olsun ki, rəqibin futbolçuları bütün komponentlərdə bizdən üstündü. Belə oyunların sayı çox olmalıdı. Bir daha oyunçularıma təşəkkür edirəm.

- Bu günlərdə övladını itirən Vild-Donald Gerrye "Atletiko” ilə matça psixoloji cəhətdən hazır idi?

- Övlad itirmək çox ağırdı. Komanda olaraq, onun yanında olduq. Mənim də görüşümdən sonra gəlib, məşqdə iştirak etdi. Futbol bəzən ağrı və acını yaddan çıxarır. Ona ehtiyacımız var idi. Matçın sürətini artırmaq və hava toplarında daha kəsərli olmaq üçün Gerryeni meydana buraxdım.

- Matçın sonlarında zədə alan Bədavi Hüseynovun durumu nə yerdədi?

- Həkimlərin bu gün dediyi fikir heç də xoş deyil. Dizində ağrıları var. Sabah rentgendən keçəcək, ondan sonra dəqiq bilinəcək.

- Hakim matçın əsas vaxtına 3 dəqiqə əlavə edəndə və "Atletiko”nun son hücumları zamanı nə düşünürdüz?

- Düşünəcək bir şey yox idi. Tanış hisslərdi. Cərimə zərbəsi təyin etdiyi epizodda bir az anlaşılmazlıq oldu. Mən də narazılıq etdim. Çünki yan xətt hakimi ofsayd olduğunu işarə etmişdi. Amma epizodu analiz etdikdən sonra baş hakimin düzgün qərar qəbul etdiyini anladıq. Final fitinə qədər fikrim oyunda idi. Buna görə də, başqa heç nə düşünmürdüm.

- Bu gün meydandan qovulan Dino Ndlovunu Madriddəki qarşılaşmada kim əvəz edəcək? Bununla bağlı UEFA-ya şikayət edəcəksizmi?

- Variantımız çox deyil. Ya Mahir Mədətov, ya da Ramil Şeydayev oynayacaq. Buna vaxtı çatanda qərar verəcəyik. Epizodlara gəlincə, hakimin haqlı və ya haqsız olduğuna baxacağıq. Amma müraciətə ehtiyac görmürəm. Futbolda belə hallar olur. Bir dəfə şikayət etdik, aldığımız cavab hər kəsə bəllidi. Başımızı aşağı salıb, oyunumuzu göstərməliyik. Bizim müraciət edib, vaxt itirməyə ehtiyacımız yoxdu.
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI