Prezidentdən Rəşad Sadıqova möhtəşəm JEST — VİDEO
Idman
Oxunub: 944
25 avq 2017 | 12:10
Prezidentdən Rəşad Sadıqova möhtəşəm JEST — VİDEO














"Biz bu diqqət və qayğını daim hiss edirik. O qədər olur, oyundan qayıdanda aramızda söhbət edirik ki, görəsən bu qələbədən sonra cənab Prezidentin diqqətini cəlb edə bildikmi? Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ olun ki, bizi qəbul etdiniz"

"Ölkə.Az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri prezident İlham Əliyevlə görüşdə “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqov deyib.

O, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib:

““İnter”ə məğlub olandan sonra sizin bizi qəbul etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. Biz o təcrübə ilə, belə məğlubiyyətlə ilk dəfə idi qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, üç gün sonra çempionatda vacib oyunda qələbə qazandıq, həmin il yenə çempion olduq, Avroliqa qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan addımlardan biri oldu.

Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikrimi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm".

Prezident isə Rəşad Sadıqova maraqlı cavab verib:

"Mən də görürdüm ki, siz doğrudan da bu işə çox ürəklə yanaşırsınız. Biri var hansısa işə formal yanaşasan, biri də var ürəklə. Siz indi nəinki qələbə qazanmaq istəyirsiniz, - hər bir insan, hər bir oyunçu, idmançı qələbə qazanmaq istəyir, - siz xalqı sevindirmək istəyirsiniz. Bax, mən sizdə bunu görürəm. Siz qələbəyə sevinəndə elə bil ki, xalqımızı sevindirmək üçün sevinirsiniz. Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ çox oynamalısan. Mən bilirəm ki, sən veteransan, amma sən bütün “Qarabağ”a da, milli komandaya da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, çox sağ ol.".
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI