"Ağdam işğal altında olsa da, onun təmsilçisi Avropanı fəth edir" - İlham Əliyev
Idman
Oxunub: 833
24 avq 2017 | 21:19
"Ağdam işğal altında olsa da, onun təmsilçisi Avropanı fəth edir" - İlham Əliyev












"Dünənki qələbə təsadüfi qələbə deyil. Siz bu qələbəyə neçə il idi ki, gedirdiniz". Bunu Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ” futbol klubunun heyəti ilə görüşdə deyib.

"Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, həm də Avropa Liqasının qrup mərhələsində neçə dəfə iştirak etmisiniz. Sizlə əvvəlki görüşümü xatırlayıram ki, o vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmışdınız. Nəhayət, ədalət öz yerini tapdı.
Gərgin və açıq mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Sizin qələbəniz təbii və ədalətlidir. Qurban Qurbanov həm futbulçu, həm məşqçi, həm də peşəkar, bilikli, vətənpərvər insan kimi futbolda özünü təsdiqləyib. Eyni zamanda, o, özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Onun davranışı, əminliyi və təmkinliyi futbolçular üçün əlavə güc verir.
Sizin qələbəni yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir, bu qələbə tarixə yazılıb və çox ədalətlidir ki, məhz "Qarabağ” klubu bu qələbəyə imza atdı. Sizi bir daha təbrik edirəm. Əminəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz", - dövlət başçısı bildirib.
Prezident qələbənin əhəmiyyətindən danışıb: "Bu qələbə həm də ölkəmizin təbliğində önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır”.
Dövlət başçısı qeyd edib ki, Ağdam şəhərinin işğal altında olmasına baxmayaraq, onun təmsilçiləri Avropanı fəth edir: "Bu da onu göstərir ki, Azərbaycan xalqı işğalla barışmayacaq və biz öz torpağımızda yaşayırıq. Hamı da torpaqlarımızın işğaldan azad olunması arzusu ilə yaşayır. Hər bir qələbə və istənilən sahədə uğurumuz bu günü daha da yaxınlaşdırır”.
Prezident vurğulayıb ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycanın istənilən vaxt öz ərazi bütövlüyünü bərpa edə biləcəyini göstərdi: "Bu gün hərbi potensial bizə imkan verir ki, döyüş bölgəsində bütün vəziyyətə nəzarət edərək öz iradəmizi diqtə edək. İdmanda da belədir. İdman sevincini bizə idmançılar bəxş edir".
///Report
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI