Qurban Qurbanovdan etiraf: "Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub..."

"Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Biz bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm. Azər Bağırov və "Kəpəz"ə uğurlar arzu edirəm".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 35-ci turunun "Kəpəz"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Müdafiənin sol cinahında Nəriman Axundzadəni oynatdınız. Səbəbi nə idi?
- 6-7 milli oyunçulara istirahət vermişdim. Məşqlərdən də onları azad etmişdim. Çünki onlar milliyə yollanacaqlar. Həm azərbaycanlılar, həm də legionerlər də var. Sistemdə bir az dəyişiklik etmişdim. Nərimana sol hücumçusu kimi də tapşırıq verilmişdi. Bəzən müdafiəyə kömək edirdi. Proqramımıza görə, belə dəyişikliyə əl atmışdıq.
- Legioner limiti yığışdırıldıqdan sonra daha çox legionerlərə şans verəcəyinizi gözləmək olardı. Amma bu gün gənc oyunçuya da şans verdiz. "Qarabağ" gənc, perspektivli oyunçulardan əl çəkməyəcək?
- Biz həmişə bacarıqlı yerli oyunçulara şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür ki, əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqda məlumat vermişdi. Biz şərait yaradırıq. Fərqi yoxdur legioner limiti olacaq, ya yox. Çox istəyərdim ki, meydandakı dəqiqələri daha çox olsun. Son vaxtlarda bəlkə bizdə çətin olar. Çempionuq, lider komandayıq, bizdən tələblər də çoxdur. Rotasiya etməyə vaxtımız olmur. O da ayrıca fəlsəfədir. İllər əvvəl belə hallar olub. Nəticədən asılı olmayaraq, yerlilərə üstünlük vermişik. avrokuboklarda 10 azərbaycanlı ilə oynamışıq. Özümüz də, Azərbaycan futbolu da bunun faydasını görüb. Biz daim onları möhkəmləndirməyə çalışırıq. Böyük futbol oynamaq üçün daha dözümlü olmalıdırlar. Şərait yaradacağıq. Hikmətə ona güvənimiz olduğunu göstərdik. Öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. Belə uşaqlar görəndə, həm sevinirəm, həm də məyus oluram. Onlara daha çox şərait yarada bilmirəm. Bəzən fikirləşirəm ki, hər şeyi kənara qoyub gənclərlə çalışasan. Ancaq bəzi məsuliyyətlər var. Klub olaraq onu da qoruyub-saxlamalıyıq. İmkan olduqca, belə oyunçulara şans verəcəyik.
- "Qarabağ"ın illik maliyyə hesabat açıqlandı. Sponsor gəliriniz az görünürdü. Sizcə, sponsorun ödənişi az deyil? Baş sponsora görə, məbləğ kifayət qədər azdır..
- Orada elə görünür. Amma ümumən gələn pullar hamısı "Azərsun"un, klubun pullarıdır. Oradan 10 milyon yox 5 milyon gəlirsə, onu sponsordan götürə biləcəyik. Lazım olduqca, büdcəni götürürk. Hər il belə olmur. Təkcə Avropada gələn pul yoxdur, futbolçu satışından da pul gəlir. Lazım olduqca, sponsorlar dil tapacağıq.
- Juninyonu icarəyə götürmək istəyərsiz?
- Hələ ki belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox deməmişik. Juninyonun "Flamenqo"da işi bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Onun oyunlarını izləyirəm. "Flamenqo" böyük klubdur. Juninyo ilə danışığımız olmayıb.
- Bu mövsüm yaddaqalan nə oldu?
- Çempionluğumuzun üzərinə bir çempionluq da gəldi. Avrokuboklarda bu ilimizi uğursuz sayılır, çox fikirlər söylənilirdi. Amma çempionatda yerimizi qoruyub-saxlaya bildik. Bəzi səhvlərimiz, formadan geridə qaldığımız vaxtlar oldu. Bəzi futbolçularla dialoq hesabına komandanı ələ ala bildik. Çempionat və kubokda qaldıq. Hər çempionluq bizim üçün yaddaqalandır. Xeyli rotasiyalar etdik.
- İcarədə olan futbolçulardan kimsə geri qayıdacaq?
- Bu barədə futbolçularla və klublarla danışmamışıq. Mövsümün sonuna qədər bu barədə məlumat veriləcək.
- Çempionatımızın səviyyəsi yüksəlib, yoxsa aşağı düşüb?
- Biz heç vaxt aşağı düşməsi barədə düşünmürük. İldən-ilə insan faktoru dəyişir, elm inkişaf edir. Ayrı-ayrılıqda fərdi planda bəzi futbolçuların səviyyəsi aşağı düşürsə, iş rejimi artır. Çox nadir oyunlar olub ki, çox rahat qalibiyyət əldə etmişik. Hər oyunda çətinlik var. Düşünmürəm ki, çempionatın səviyyəsi aşağı düşüb. Premyer Liqanın oyunlarının keyfiyyəti süni örtüklü meydançlardakı oyunlarda aşağı düşür. Özü də, günorta saatlarında oynayırıqsa...Yerli məşqçilər nə qədər inkişaf edib. Oyunlarda hiss edirəm. Bizə qarşı sistemlər təşkil edirlər, bizi əks-hücumlarda tuturlar. Bu mövsüm mənim üçün faydalı oldu. Hər bir məşqçinin, komandanın irəliləyişini görürəm, nəinki əksini.
Bu gün, 10:08
Göygöldə QƏZA: 5 nəfər xəsarət aldı
Bu gün, 09:57
“Düşünürəm ki, sağdır, hansısa bunkerdədir”
Bu gün, 09:45
İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
Bu gün, 09:35
Dünya neft emalı gücünü sürətlə itirir - Araşdırma
Bu gün, 09:29
ABŞ–İran böhranının gizli qazananları: Moskva, Pekin və Bakı - Tramp–İran savaşı hara gedir?
Bu gün, 09:22
Ora yaxınlaşanı məhv edəcəyik - Tramp
Bu gün, 09:13
Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir – ABŞ bu marşruta toxuna bilmir
Bu gün, 09:06
“Barselona” “Real”ı udub çempion oldu
Dünən, 15:40
Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
Dünən, 15:24
İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar
Dünən, 15:12
“Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident
Dünən, 15:03
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
Dünən, 14:52
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Dünən, 10:20
İlham Əliyev: "Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir"
Dünən, 10:14
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Dünən, 09:42
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
9-05-2026, 18:12
İlham Əliyev: Cəbrayılın Azərbaycan üçün böyük töhfəsi olacaq
9-05-2026, 18:07
Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub
9-05-2026, 17:59
İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib
9-05-2026, 17:54
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar
9-05-2026, 12:39
Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb
9-05-2026, 12:32
İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
9-05-2026, 10:06
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
9-05-2026, 10:02
“Green Card” gözləyənlərin diqqətinə: Bunu yazmısınızsa...
9-05-2026, 09:44
Varlılar Mamdaniyə görə şəhəri tərk edir
9-05-2026, 09:39
Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi - Foto
9-05-2026, 09:00
Azərbaycanda Qələbə Günü qeyd olunur