Zəngəzur dəhlizini ordumuz açacaq? - İNCƏLƏMƏ...
Hadise
Oxunub: 319
17 in 2022 | 17:25
Zəngəzur dəhlizini ordumuz açacaq? - İNCƏLƏMƏ...


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyü və Qarabağdakı ermənilərlə bağlı açıqlamalar verib. Nikol Vovayeviçin budəfəki açıqlamaları əvvəlkilərdən öz “yumşaqlığı” ilə seçilib. O, dolayı ifadələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını söyləyib. Bunun müzakirə mövzusu olmadığını dilə gətirib. Müzakirə olunan məsələnin isə yalnız “Qarabağdakı ermənilərin hüquqları” ilə bağlı olduğunu vurğulayıb.

Nikol Paşinyanın bu açıqlamaları fonunda revanşist erməni müxalifəti isə Qarabağın “müstəqilliyini” Ermənistan parlamentinə daşıyacaqlarını bildirib.

Yəni, ortada qarışıq bir durum var. İrəvandakı siyasi elita arasındakı uçurum dərinləşib. Bakı isə ermənilərin yox, öz “hava”sını oynayır. Hətta prezident İlham Əliyevin bugünkü sərt açıqlaması İrəvanı silkələməlidir. Çünki Bakının havasından yenə də dəmir yumruğun qoxusu gəlir. Bir sözlə, Bakı İrəvana və vasitəçilərə qarşı kartları açıq şəkildə oynayır.

Sual isə budur: Kulisdə nələr baş verir? Hadisələrin episentrində nələr yaşana bilər? Vasitəçilər oyundan kənarlaşdırılacaqmı? Brüssel və Kremlin Azərbaycandan əvvəl Ermənistana qulaqburması verəcəyi gözlənilirmi? Dia.az-ın məlumatına görə, politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında bildirib ki, Ermənistanın baş naziri Nikol Vovayeviçin, dolayısı ilə İrəvanın mövqeyindəki yumşalma ümumiyyətlə, son aylar ərzində müşahidə olunmaqdadır. Politoloqun fikrincə, görünən odur ki, Qərb və Rusiyadan olan vasitəçilər də Ermənistan tərəfinə müəyyən təzyiqlər edirlər: “Çünki Brüssel formatında keçirilən görüşlərdə bu mövzular masaya yatırılır. Bu barədə mütəmadi fikirlər səsləndirilir. Çox güman ki, Avropa İttifaqı, Brüssel də İrəvanı başa salır. Bildirir ki, müəyyən qaydalar və ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bu, bütün oyun qaydalarının əsas şərtidir. Yəni, ərazi bütövlüyü müzakirə mövzusu deyil. Deməli, Ermənistan da bu qaydalara qeyd-şərtsiz əməl eləməlidir. Hər halda Ermənistan rəhbərliyi ritorikalarında bu fikri səsləndirməyə məcburdur. Paşinyanın son açıqlamaları təkcə Azərbaycana yox, həm də beynəlxalq ictimaiyyətə bir ismarışdır. Yəni demək istəyirlər ki, biz də mövcud oyun qaydalarını tanıyırıq. Hətta həmin oyun qaydaları konteksində İrəvan hazır olduğunu ifadə edir”.

İlqar Vəlizadənin sözlərinə görə, baş nazir Nikol Paşinyanın “Qarabağdakı ermənilərin hüquqları” ilə bağlı səsləndirdiyi fikirlər bir qədər müəmmalı görsənir: “Ona görə ki, həmin ermənilər Azərbaycan ərazisində yaşayır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, o zaman bunu olduğu kimi qəbul etməlidir. Həmin ermənilərin hüquqlarını da Azərbaycan müdafiə eləməlidir. Beynəlxalq hüquqa görə, qaydalar belədir. Təəssüflər olsun ki, beynəlxalq vasitəçilər də birmənalı mövqe tutmurlar. Güya, Ermənistanın “narahatlığına” görə onlar istəyirlər ki, İrəvan da bu prosesdə iştirak eləsin. Biz də öz növbəmizdə çalışırıq ki, həm Ermənistanı, həm də beynəlxalq ictimaiyyəti başa salaq. Bakı birmənalı olaraq qeyd edir ki, bizim ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir”.

Son iki-üç həftə ərzində Türkiyə prezidenti də daxil olmaqla, qardaş ölkənin həm müdafiə, həm də xarici işlər nazirləri İrəvana sərt ismarışlar göndərdilər. Qarabağ və böyük sülh müqaviləsi məsələsində Ermənistanın yubatmalara getməsini qınadılar. Bildirdilər ki, hazırkı “taym-aut” İrəvan üçün son şansdır. Bundan yarım il əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev müzakirələrdə bir nəticəyə gəlmək üçün Ermənistana 6 ay vaxt vermişdi. Mayın sonunda həmin müddət də başa çatdı. Bakıdan və Ankaradan İrəvana göndərilən sərt ritorikanın məntiqi davamı nə olacaq? İndi hər kəsi bu sual düşündürür. Bakı İrəvana qulaqburması vermək üçün sərt addımlara əl ata bilərmi?

Politoloq İlqar Vəlizadə düşünür ki, sərt addımları hələlik danışıqlar masasında gözləyə bilərik: “Dəfələrlə demişik ki, indiki mövqeyimiz həmişə olduğu kimi qalmayacaq. Əgər Ermənistan mövqeyini dəyişməsə, biz də mövqeyimizi prinsipial şəkildə dəyişə bilərik. Ermənistan bilir ki, Azərbaycan cari mövqeyini dəyişərsə, o zaman Bakı Ermənistanın hazırkı əraziləri ilə bağlı fikirləri də yenidən gündəmə gətirə bilər, yəni onlar bunu çox yaxşı başa düşürlər. Amma hazırda ermənilər buna başqa formada cəhd göstərirlər. Belə olan halda proseslər tamam başqa məcrada inkişaf edəcək. Artıq danışıqlar yox, ultimatomlar dövriyyəyə girəcək. Bu isə vasitəçiləri qane eləmir. Ona görə ki, həmin durumda vasitəçilərin missiyası boşa çıxacaq. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə olan ismarışları təkcə Ermənistana yox, həm də vasitəçilərədir. Yəni, Bakı demək istəyir ki, əgər vasitəçilik missiyanızın boşa getməsini istəmirsinizsə, Ermənistana təzyiqləri artırın”.

Gələk məsələnin İrəvandakı “düyün nöqtəsi”nə; son günlər Ermənistan müxalifəti Paşinyanın yumşalmış çıxışlarına cavab olaraq Qarabağın “müstəqilliyi” məsələsini parlamentə çıxaracağını deyirlər. Yəni Ermənistanın Qarabağın “müstəqilliyini” tanıması indiki halda mümkün olacaqmı? Erməni revanşistlər dedilərini yeridəcəklərmi? Paşinyanın fraksiyası buna icazə verəcəkmi? Bu baş verərsə, Azərbaycan danışıqları dayandırıb Ermənistanı yenidən hərb meydanında bir qaşıq qanda boğa bilərmi?

Politoloq İlqar Vəlizadənin fikrincə, Qarabağın “müstəqilliyinin” tanınması məsələsi Ermənistan parlamentinin gündəliyinə çıxarılmayacaq: “Çıxarılacağı halda burada iki ssenari mümkündür. Birincisi odur ki, bu real deyil. Yəni parlementdə səs çoxluğu Paşinyanın fraksiyasının tərəfindədir. Yəni, onlar bu məsələyə “yox” deyəcəklər. İkinci ssenari odur ki, bu məsələni müzakirədə saxlayıb növbəti sessiyaya qədər vaxt uzada bilərlər. Bu da istənilən halda uğursuz gedişdir. O ki qaldı anti-terror əməliyyatları məsələsinə; düşünürəm ki, Azərbaycan bu cür kiçik addımlara getməyəcək. Fikrimcə, belə bir böhran artıq arxada qalıb. Ermənistan “tanıma məsələsinə” cəhd göstərməsə belə, separatçılar həm hərbi, həm də “siyasi” istiqamətlərdə möhkəmlənməyə çalışacaq. Burada “qulaqburma” məsələsi yox, tam hərbi əməliyyatlardan söhbət gedə bilər. Biz bu məsələni ortalığa qoya bilərik, bəlkə də artıq müxtəlif səviyyələrdə bu məsələ ortalığa qoyulur. Bu ssenari də istisna deyil. Bir sözlə, kiçik addımlar artıq geridə qalıb. Yəni, bundan sonra heç kəs Ermənistanın nazı ilə oynamayacaq”.

Görünən odur ki, Bakı çox ciddi hazırlaşır. Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda da Ermənistana növbəti xəbərdarlığını etdi. Bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü yenə sual altına qoymağa çalışarsa, Ermənistanın özünün ərazi bütövlüyü sual altında qalacaq. Deməli, separatçılar və Qarabağdakı quldur dəstələri daşı ətəyindən tökməsə, bu dəfə İrəvanın ətəyi göyə qalxacaq. Yəni, Zəngəzur dəhlizini Azərbaycan Ordusu təkbaşına açacaq.
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
13-05-2024, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
13-05-2024, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
13-05-2024, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
13-05-2024, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
13-05-2024, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq