Ermənistanda həyəcan təbili: "Azərbaycanlılar bizi öz dilimizdə “vurmaq” istəyirlər" - DÜŞMƏN TƏLAŞDA
Hadise
Oxunub: 264
3 noy 2021 | 18:50
Ermənistanda həyəcan təbili: "Azərbaycanlılar bizi öz dilimizdə “vurmaq” istəyirlər" - DÜŞMƏN TƏLAŞDA


Azərbaycanda erməni dilinin öyrənilməsinə marağın artması ilə bağlı Ermənistanda həyəcan təbili çalınıb. Bir müddət əvvəl “Qarabağa Qayıdış” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev erməni dili kurslarının təşkili ilə bağlı planlarını açıqlamışdı.

“Erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasına töhfə vermək üçün erməni dili kursları təşkil edirik. Biz erməni dilini öyrənirik, ermənicə danışırıq, erməni dilini öyrədirik”, – deyə o, “Twitter” səhifəsində yazmışdı.

Sonra Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) erməni dili kurslarının açıldığını deyib. Kursların məqsədi azərbaycanlı tədqiqatçılara erməni mətbuatını dərindən öyrənmək, Ermənistandakı mövcud iqtisadi vəziyyətdən xəbərdar olmaqda köməklik göstərmək istəyidir.

Uşaqlıqdan ermənicə danışa bilən Əsgərov bildirib ki, hər il universiteti 30-40-a yaxın tələbə erməni dili bilikləri ilə bitirir, onların təxminən yarısı iş tapır. Onlar, əsasən erməni bölməsi olan saytların redaksiyalarında yerləşdirilib, silahlı qüvvələrin sıralarında qonşu ölkənin dilini bilən şəxslərə tələbat var.

Məsələ ilə bağlı İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan “Sputnik Ermənistan”a müsahibəsində deyib ki, Azərbaycanda erməni dilinin intensiv öyrənilməsi Ermənistana qarşı aparılacaq antierməni təbliğatının tərkib hissəsidir: “Azərbaycanda erməni dili uzun müddətdir ki, öyrənilir. Bu prosesə Ermənistanı tərk edən və bu dildə danışan azərbaycanlılar daxildir. Azərbaycan lazım gələrsə, Ermənistana qarşı bu ciddi resursdan istifadə edəcək”.

“Dil öyrənmə məsələsində indiki fəallıq Ermənistan üçün müsbət nəticələrə səbəb ola bilməz. Onlar dili erməni mədəniyyətinə və tarixinə qoşulmaq üçün deyil, ermənilər əleyhinə təbliğat aparmaq üçün başqa mexanizm əldə etmək məqsədilə öyrənirlər”, - deyə o bildirib.

Azərbaycanı ölkəmizdə erməni dilinin öyrənilməsinin anti-erməni təbliğatı üçün aparılmasında ittiham edən Melkonyan sonra özü etiraf edib ki, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi anti-Azərbaycan təbliğatı məqsədilə həyata keçirilir: “Ermənistanda Azərbaycan dili 2000-ci illərin ikinci yarısından tədris olunmağa başlayıb, o vaxtdan bu dili bilən müəyyən sayda mütəxəssis hazırlanıb. Bundan əlavə, Şərqşünaslıq fakültəsində 2018-ci ilin “Məxməri inqilab”ından sonra dayandırılan, lakin hazırda tədricən bərpa olunan Azərbaycanşünaslıq proqramı fəaliyyət göstərir. Bundan başqa, təkcə dil öyrənilmir, həm də Azərbaycanın daxili və xarici siyasəti, ədəbiyyatı, tarixi məsələləri və s. Təbii ki, Azərbaycanla bağlı mövzuları başa düşən ekspertlər hazırlanır”.

Eyni zamanda, dekan bu istiqamətin inkişaf etdirilməsinin və dövlət dəstəyinin genişləndirilməsinin zəruriliyini qeyd edib: “Çünki bu, milli təhlükəsizliklə bağlı məsələdir. Ümumiyyətlə, Ermənistan cəmiyyətinin Azərbaycan haqqında ən azı minimal məlumatı olmalı və hansı dövlətlə münaqişədə olduğunu başa düşməlidir. Hakimiyyətdə kimin olmasından və nə deməsindən asılı olmayaraq, Ermənistan cəmiyyəti Azərbaycanda nə qədər güclü, bəzən absurd, anti-erməni təbliğatının aparıldığını bilməlidir”.

Burada Melkonyan üçün əlavə etmək və qeyd etmək yerinə düşər ki, 2009-cu ildə Ermənistanda Prezident Aparatı yanında “İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi” dövlət qeyri-kommersiya birliyi yaradılıb. Bu struktur Azərbaycana qarşı aparılan informasiya müharibəsinin koordinasiyası, Azərbaycan əleyhinə filmlərin, kitabların, internet nəşrlərinin hazırlanması ilə məşğul olurdu.

Ondan bir il əvvəl - 2008-ci ildə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dili kursları açılıb. 2012-ci ildə isə Ermənistanda ilk dəfə olaraq İrəvan Dövlət Universiteti tərəfindən Azərbaycan dili dərsliyi nəşr edilib.

Bu faktlar göstərir ki, Ermənistan uzun illər informasiya müharibəsi məqsədilə Azərbaycan dilinin öyrənilməsinə ciddi yanaşır. İndi də erməni təbliğatı Azərbaycanı ermənifobiyanı qızışdırmaq məqsədi ilə erməni dili kursları təşkil etməkdə ittiham etməsinə baxmayaraq, Ermənistanın özündə bu fəaliyyət uzun illərdir ki, geniş müstəvidədir.

2021-ci ilin sentyabrında isə “Smart Ermənistan” xeyriyyə ictimai təşkilatının təşəbbüsü ilə, Ermənistanda ilk dəfə olaraq Azərbaycan dilinin öyrənilməsi üzrə ixtisaslaşmış mərkəz açılıb. “Smart Ermənistan”ın qurucusu Arman Nalbandyanın sözlərinə görə, Azərbaycan dili üzrə ixtisaslaşmış Mərkəzin yaradılması ideyası çoxdan mövcuddur və 44 günlük müharibə onun açılması üzrə işləri sürətləndirib.

“Ermənistanda Azərbaycan dilinin öyrənilməsi və bu dili bilmək milli təhlükəsizliklə bağlı məsələlərdən biridir. Ölkəmizin bütün sahələrdə, bütün səviyyələrdə düşmən dilini mükəmməl bilən mütəxəssislərə hər zaman ehtiyacı olacaq. Bütün bunlara əsaslanaraq, biz vətənimizin təhlükəsizliyinin möhkəmləndirilməsinə öz kiçik töhfəmizi vermək qərarına gəldik”, - deyə o, erməni mətbuatına müsahibəsində bildirib.

Nalbandyan vurğulayıb ki, təkzibolunmaz və inkaredilməz bir fakt var: düşmən üzərində qələbənin ən mühüm və əsas qarantı onu yaxşı tanımaq, onun dilində səlis danışmaqdır.

Göründüyü kimi, Ermənistanda Azərbaycan dili Azərbaycan üzərində informasiya qələbəsi məqsədi ilə öyrənilir. Eyni zamanda, erməni dilində türk dilindən çoxlu alınma sözlər olduğundan ermənilərin özləri üçün Azərbaycan dilini öyrənmək daha asandır. Və eyni zamanda, Ermənistanın özündə də prioritet məqsəd vurğulanır - əlaqələr qurmaq və qonşuları daha yaxşı başa düşmək istəyi deyil, düşmənin dilini bilməyin vacibliyi əsasdır.
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...